Yuxarı

UEFA: "Neftçi" Azərbaycanın xal ehtiyatını artırdı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
UEFA: "Neftçi" Azərbaycanın xal ehtiyatını artırdı

Azərbaycan UEFA reytinqində 2022/2023 mövsümü üçün xal ehtiyatını yenidən artırıb.

Axar.az xəbər verir ki, bu, "Neftçi"nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda Avstriyanın "Rapid" (Vyana) klubu üzərində 2:1 hesablı ev qələbəsi sayəsində mümkün olub. Bu nəticə hazırda avrokuboklarda 2 komanda ilə təmsil olunan ölkənin aktivinə daha 0,250 xal gətirib.

Lakin Azərbaycan bu mövsüm üzrə xal sayını 1,625-ə, son 5 mövsümdə isə 14,250-yə çatdırmasına baxmayaraq, 29-cu pillədə qalıb. 28-ci sırada 15,375 xalla Polşa qərarlaşıb.

Azərbaycanın Çempionlar Liqasındakı təmsilçisi "Qarabağ" III təsnifat mərhələsinin cavab oyununda avqustun 9-da Macaırstanda "Ferentsvaroş"un qonağı olacaq. Bakıdakı ilk oyunda qalib müəyyənləşməyib.

Qeyd edək ki, Avropa Liqası və Konfrans Liqasında III təsnifat mərhələsinin ilk matçlarından sonra reytinq siyahısında müəyyən dəyişikliklər də baş verib. İrlandiya 9,125 xalla 38-ci, Lixtenşteyn 6,500 xalla 48-ci pilləyə yüksəlib. Bundan başqa, Litva (8,750) 39-cu, Lüksemburq (8750) 40-cı, Albaniya (6,250) 49-cu, Uels isə (6,166) 50-ci sıraya geriləyib.

Tarix
2022.08.05 / 01:40
Müəllif
Axar.az
Digər xəbərlər

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günüdür

“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Nə qədər ki Bakı ilə sülh var, Rusiya... - Paşinyan

Mehriban Əliyeva bu sözlərlə xalqı təbrik etdi

Şahməddin Abdullayevə yüksək vəzifə verildi

Bu əməliyyat dünya tarixində görünməmiş hadisədir

Antiterror əməliyyatına Ermənistan müdaxilə etsəydi...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla