Yuxarı

AFFA-nın dəvət etdiyi hakim Tofiq Bəhramovu təhqir etdi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
AFFA-nın dəvət etdiyi hakim Tofiq Bəhramovu təhqir etdi

Hakimlər AFFA-nın dəvət etdiyi rusiyalı hakim, UEFA kuratoru Aleksey Spirinini seminarlarında da iştirak edirlər.

Azerisport.az saytına müsahibəsində Spirin Tofiq Bəhramovun DÇ-66-nın finalındakı qərarı haqda danışıb. Rusiyalı hakim Bəhramovun tarixi qərarını şübhə altına alaraq, fikirləri ilə mərhum hakimimizi təhqir edib: "1991-ci ildə məni "Uembli"yə həmin tarixi görüşün 25 illiyinə həsr edilmiş İngiltərə və Almaniya milliləri arasında oyunu mühakimə etməyə dəvət etmişdilər.

Oyun ərəfəsində həm almanlar, həm də ingilislər bu anın videosunu nümayiş etdirdilər. Əlbəttə, tərəflərin öz həqiqəti var və bu haqda mühakimə yürütmək çətindir. Mən yalnız bir şeyi deyə bilərəm: Bəhramov bu anda xətt üzərində deyildi və qərarı intuitiv qəbul etmişdi. Bilirsiniz, mən bu haqda Bəhramovdan soruşanda o özü nə demişdi? O demişdi ki, qol olub-olmamağın əhəmiyyəti yoxdur, əsas - kraliçanın əlini öpməkdir".

Bəhramovu yaxşı tanıyanlar bilirlər ki, o, heç vax belə ifadə işlətməzdi. Sovet tərbiyə sistemində yetişmiş bir hakimin "əsas kraliçanın əlini öpməkdi" deməsi tam məntiqsizlikdi.

Görünür, rusiyalı hakim SSRİ dönəmində azərbaycanlı hakimlərin qazandığı uğurları həzm edə bilmir. Elə ona görə də, Bəhramovu gözdən salan ifadələr işlədir. AFFA isə belələrini Azərbaycana dəvət edərək, onlara xeyli vəsait də ödəyir (Publika.az).

Tarix
2014.01.17 / 13:19
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Putinlə ayaqüstü görüşdü - Video

"ŞƏT plyus" formatında yüksək səviyyəli görüş başladı - Canlı

Bu reallığı Ermənistan cəmiyyəti də etiraf edir

Bişkekdə dövlət və hökumət başçılarına ziyafət verildi

Paşinyan Bişkekdə ABŞ senatoru ilə TRİPP-i müzakirə etdi

ŞƏT-ə sədrlik bu ölkəyə keçdi

Azərbaycanla sərhəddə partlayış... – Xəbərdarlıq edildi

ŞƏT sammiti: 30-dan çox sənəd imzalandı

İlham Əliyev Pelleqrinini təbrik etdi

İlham Əliyev “Irıs Ordo” Konqres Mərkəzində... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla