Yuxarı

Hərbçimiz ermənini yerə çırpdı - Foto

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hərbçimiz ermənini yerə çırpdı - Foto

Koreya Respublikasının Munqyeonq şəhərində keçirilən hərbçilərin VI Dünya Oyunlarında Azərbaycan cüdoçuları daha üç medal qazanıb.

Axar.az Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, oyunlarda 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Vüqar Şirinli ilk görüşündə ermənistanlı Qarik Harutunyanı ipponla məğlub edib. Ardından o, indoneziyalı və koreyalı rəqiblərini də üstələyərək finala yüksəlib. Həlledici görüşdə Azərbaycan cüdoçusu braziliyalı Felipe Eyci Kitadaya uduzaraq gümüş medal qazanıb.

Yarışda 66 kiloqram çəkidə yarışan Nicat Şıxəlizadə qətərli, qazaxıstanlı və cənubi koreyalı rəqiblərinə qalib gəlsə də, yarımfinalda misirli Əli Eyd əl-Yusifiyə məğlub olaraq bürünc medal uğrunda təsəlliverici görüşə qatılıb. O, həmin qarşılaşmada əlcəzairli Bilal Lunauçiyə qalib gələrək üçüncü olub.

73 kiloqram çəkili Hüseyn Rəhimli isə çinli, çilili və fransalı rəqiblərinə qalib gəlib. Yarımfinalda cənubi koreyalı Yunq Min Liyə məğlub olaraq təsəlliverici görüşdə iştirak edib. Bu döyüşdə isə idmançımız monqolustanlı Tumennasan Erdenetoqtoxu məğlub edərək üçüncü yeri tutub.

Xatırladaq ki, bundan əvvəl Vüqar Şirinli, Nicat Şıxəlizadə, Hüseyn Rəhimli, Elmar Qasımov və Tural Safquliyevdən ibarət yığma komanda yarışında bürünc medal qazanıb.

Tarix
2015.10.06 / 10:51
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyədən Azərbaycanla bağlı bəyanat

Elvin Əlizadəyə TƏBİB-də yüksək vəzifə verildi

Azərbaycanın Ukraynaya yardımına AB-dən reaksiya

Əliyev, Putin və Paşinyan qapalı görüş keçirib?

Prezidentin Türkmənistana səfəri ilə bağlı paylaşım - Video

Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla