Axar.az
Yuxarı

Axar.Az Logo

Həmin iki oyuna görə təəssüflənirik - Byazi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstanla ilk oyunumuzda rəqibdən daha yaxşı oynamışdıq. Buna baxmayaraq, rəqib çox güclü komandadır.

Axar.az xəbər verir ki, bunu Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazi Bakıda Qazaxıstana qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu - VI tur oyunundan əvvəl mətbuat konfransında deyib.

66 yaşlı mütəxəssis matçın çox ağır və çətin keçəcəyini bildirib: "Qazaxıstanın lider olacağını heç kim gözləmirdi. Vuruşur, mübarizə aparırlar. Birinci yerə layiqdirlər. Slovakiya ilə matçı unutmalı və bu görüşü düşünməliyik.".

De Byazi düzgün yolda olduqlarını bildirib: "Bir evi tikəndə bünövrədən başlamaq lazımdır. Bu, bir gündə baş verə bilməz. Böyük ev tikmək üçün daha çox vaxt lazımdır. Bizim situasiyada belədir. İlk 4 oyunda çox yaxşı idik. Slovakiyaya məğlub olduğumuz ilk matçda müdafiədə daha diqqətli oynamalı idik. Birinci hissədə hakim lehimizə penalti də təyin edə bilərdi. Belarusu səfərdə də məğlub etmək olardı. İmkanlardan yararlana bilmədik. Həmin iki oyuna görə təəssüflənirik. İndi 1-ci yer uğrunda yarışa bilərdik. Sabah qalib gəlsək, 2-ci olacağıq. Çox yaxşı komandamız var. Özümüzü daha yüksək səviyyədə idarə edə bilərik. Komandamdan razıyam".

O, Qara Qarayev və Rəhim Sadıxova dəvət göndərməməsini belə şərh edib: "Komandamdakı bütün futbolçulardan razıyam. Keçmişə baxsaq, adlarını çəkdiyiniz oyunçularla da çox uduzmuşuq. Millinin qapısı hamının üzünə açıqdır. Yığmadasansa, özünü yaxşı aparmalısan".

Qarayevin milliyə çağırılmaması barədə çox danışmaq istəmədiyini söyləyən De Byazi deyib ki, komandanın içində olanlar orada qalır: "Özü soruşsa, deyərəm. Amma soruşmayıb. Qara səbəbi sizdən də, məndən də yaxşı bilir. Heç vaxt komandada olan sirri aça bilmərəm. Bu, düzgün deyil. Belə etsək, böyük bir komanda qura bilmərik. Bunu intriqa yaradan insanlar danışır. Bəzən güzgüyə baxıb, nəyi düzgün etdiyimi fikirləşirəm. Digər insanlar da belə davranmalıdır. Mən iki dəfə dedim, anlamadınız. Olar, komandanı bildiyim kimi idarə edim? Sonra kənarda bir saat danışa bilərik. Mən əvvəl jurnalist olmuşam. Sanki başqa dünyadayıq, bir-birimizi anlamırıq".

İtaliyalı baş məşqçi yığmada özünü yaxşı tərəfdən göstərə bilməyən Elvin Camalovun çıxışını da dəyərləndirib: "Çox döyüşkən oyunçudur. Meydanda bütün gücünü ortaya qoyur. Bir epizodla kiməsə qiymət vermək olmaz. İstər meydanda, istərsə də kənarda olanda özünü düzgün aparır. Ondan razıyam. Komandasının da lideridir".

Təcrübəli mütəxəssis yığma üzvlərinə Slovakiya üzərində qələbəyə görə mükafat veriləcəyi barədə xəbərlərə münasibət bildirməyib: "Bu barədə açıq danışa bilmərəm. Xəbəri kim yazıbsa, onunla danışın".

De Byaziyə yığmadakı gələcək taleyinə də toxunub: "Müqaviləm sentyabrın 30-u başa çatır. Oktyabrın 1-də bu suala cavab verəcəyəm".

Qeyd edək ki, sentyabrın 25-də "Dalğa Arena"da keçiriləcək Azərbaycan - Qazaxıstan görüşü saat 20:00-da başlayacaq.

Tarix
2022.09.24 / 21:03
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

DÇ-2022: Fransa Danimarkaya qarşı

Buffondan İranın qələbəsinə: Azadlığın ümidi oldunuz!

Gimnastlarımız qızıl medal qazandılar

İngiltərə ABŞ-la sülhə razılaşdı

DÇ-2022: Seneqal Qətərə qalib gəldi

İrana qələbə qazandıran qollar - Video

DÇ-2022: İran Uelsə qalib gəldi

İran futbolçusu həbs edildi

Tanınmış boksçu 37 yaşında öldü

DÇ-2022: İran növbəti oyununa çıxır

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla