Yuxarı

Aqolli ermənilərin oyun satmasından danışdı - Video

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Aqolli ermənilərin oyun satmasından danışdı - Video

Serbiya mətbuatının gülünc iddialarına ayrılası vaxtım yoxdur.

Axar.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın alban futbolçusu Ansi Aqolli deyib.

Albaniya millisinin üzvü "Qol.az"a Ermənistanın oyunu onlara satması haqda iddialara münasibət bildirib:

"Bu, Serbiya mətbuatının Albaniya millisinin təmiz uğuruna kölgə salmaqdan başqa bir şey deyil.

Elə həmin mətbuat daha əvvəl bildirirdi ki, Belqradda Albaniya ilə oyunda heç bir hadisə baş verməyəcək.

Amma mənfi hadisə baş verdi, feyr-pley qaydaları pozuldu. Amma onlar hələ də bildirirlər ki, Serbiyada bizə qarşı təzyiq olmayıb".

Xatırladaq ki, Serbiyanın "Telegraf.rs" nəşri Ermənistanın Albaniyaya matçı satdığını iddia etmişdi. Məlumata əsasən, Ermənistan yığmasının 4 futbolçusu - 3 müdafiəçi və qapıçı - oyundan qabaq hər birinə 500 min avro alıblar.

Oktyabrın 11-də İrəvanda keçirilən matç albanların 3:0 hesablı qələbəsi ilə bitib. Bu nəticə ilə Albaniya Avropa Çempionatına birbaşa vəsiqə qazanıb.

Tarix
2015.10.14 / 13:17
Müəllif
Emil Salamoğlu
Digər xəbərlər

Prezidentin Türkmənistana səfəri ilə bağlı paylaşım - Video

Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

Lukaşenko Paşinyana işarə edərək Əliyevə nə dedi? - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

İlham Əliyev Xəzər Ekoloji Sammitində çıxış etdi - Foto

Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla