Yuxarı

Axar.Az Logo carnation

"Qarabağ" səfərdə "Qəbələ"yə qalib gəldi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futbol üzrə Azərbaycan Premyer Liqasında IX turun daha bir oyunu keçirilib.

Axar.az-ın məlumatına görə, "Qarabağ" Qəbələdə eyniadlı komandanın qonağı olub. Görüş "köhlən atlar"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 58-ci dəqiqədə Filip Ozobiç vurub.

27-ci dəqiqədə Ağdam klubundan Leandro Andrade zədələnərək yerini İsmayıl İbrahimliyə verib. 43-cü dəqiqədə isə "qırmızı-qaralar"dan İlkin Qırtımov birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.

Beləliklə, 8 oyundan maksimum xal toplayan "Qarabağ" turnir cədvəlinə başçılıq edir. 9 turdan sonra 15 xalı olan "Qəbələ" isə 5-ci sırada qərarlaşıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Zirə" evdə "Şamaxı"nı, "Səbail" "Sumqayıt"ı 1:0 hesabı ilə məğlub edib, "Neftçi" isə "Turan Tovuz"la qolsuz heç-heçəyə razılaşıb. Tura bu gün keçiriləcək "Sabah" - "Kəpəz" oyunu ilə yekun vurulacaq.

Tarix
2022.10.09 / 19:22
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı ilə əməkdaşlığın bəhrəsini görürük - Boçorişvili

Ermənistanda təşviş: Sərhəddə yaşayanlara xəbərdarlıq edildi

Tramp üçün prioritet Azərbaycan olacaq - ABŞ diplomatı

ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden

"Kapital Bank" kibercinayətkarlıqla mübarizəni ikiqat gücləndirdi

Yeni “strateji tərəfdaş” İran Rusiyaya ordu göndərəcək?

80 minlik dələduzluğa məruz qalan Hökumənin atası danışdı

Bu, həmin Vardanyandır: Qərb onu ifşa edirdi, indi isə...

Konqresdən 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanat

Tura Azərbaycandan başladıq - Boçorişvili

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla