Yuxarı

Məşhur hind aktyoru bıçaqlandı

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məşhur hind aktyoru bıçaqlandı

Hind aktyoru Saif Əli Xan gecə saatlarında Mumbaydakı mənzilinə hücum nəticəsində 6 bıçaq yarası alıb.

Kult.az xəbər verir ki, bu barədə Hindistan polisi məlumat yayıb.

Məlumata görə, cinayətkar oğurluq məqsədilə aktyorun Mumbayın prestijli Bandra rayonunda yerləşən mənzilinə girib. Həmin vaxt mənzildə aktyorun həyat yoldaşı – Bollivud aktrisası Karina Kapur, onların 4 və 8 yaşlı iki uşağı, eyni zamanda xidmətçi olub.

Hazırda xəstəxanada olan aktyorun həyatı üçün təhlükə yoxdur.

Cinayətkar qaçmağa müvəffəq olub və polis tərəfindən axtarışdadır. Hadisə ilə bağlı araşdırma başlanıb.

Xatırladaq ki, 54 yaşlı Saif Əli Xan 1990-cı illərin əvvəllərindən filmlərə çəkilir. O, "Sən və mən", "Yarış", "Omkara", "Müqəddəs oyunlar" və digər filmlərdə baş rolları ifa edib.

Tarix
2025.01.16 / 11:43
Müəllif
Kult.az
Digər xəbərlər

Prezidentdən Leyenin səfəri ilə bağlı - Video

İlham Əliyevlə Leyenin səmimi söhbəti - Video

İlham Əliyev və Leyen mətbuata bəyanat verdilər - Video

İlham Əliyevlə Leyenin geniş tərkibdə görüşü oldu

Leyendən Bakı səfəri ilə bağlı - Video

İqbal Ağazadənin adı ilə Ələşrəfqızını aldatdılar

Biz Avropa Birliyi ilə çox fəal dialoqun şahidiyik - Əliyev

Azərbaycanda ildə 4 dəfə, Gürcüstan və Ermənistanda isə...

Azərbaycanla problemləri güc yolu ilə həll etmək... - General

Sülhə nail olunub - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla