Toğrul Xəlilov bu mərkəzə direktor təyin edildi
16:34
| Ana səhifə İdman |
|
Vacib 3 xal qazandıq. Oyunun sönük keçməsi ilə razıyam.
Axar.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban
Qurbanov deyib.
"Rəvan"la oyundan sonra 1:0 hesablı qələbəni şərh edən Qurbanov
fikirlərini belə ifadə edib: "Son 3 ayda futbolçuların normal
istirahət üçün zamanı olmayıb. Bütün bunlara baxmayaraq, proqram
üzərində işləyirik.
Bu gün rəqibimiz də çox qapandı. Yəqin ki, məşqçinin tapşırığı belə
idi. Oyun ərzində futbolçulara topla çox davranmağı tapşırmışdıq.
Vüqarın qolu sayəsində 3 xal qazandıq və buna görə şadam".
Qeyd edək ki, bu qələbə Ağdam klubunu Premyer Liqada yenidən liderlik zirvəsinə qaldırıb.
|
Tarix
2015.10.28 / 23:47
|
Müəllif
Emil Salamoğlu
|