Yuxarı

Bu qələbədə böyük pay sahibi Tale Heydərovdur

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar.az “Qəbələ” klubunun prezidenti Fariz Nəcəfovun Publika.az-a müsahibəsini təqdim edir:

– Komandaya, məşqçilər korpusuna təşəkkür edirəm. Layiqli qələbə qazandıq. Həm çempionatda dördüncü yeri, həm də kuboku nəzərdə tuturam. Bütün azarkeşlərimizi təbrik edirəm.

– Mövsümün əvvəlində kimsə sizə kuboku qazanacağınızı desəydi, inanardınız?

– Məqsədimiz avrokuboklara vəsiqə qazanmaq idi. Amma bunu düşünmürdük. Komandanın potensialı var. Keçən illərdə də bunu göstərdmişdik. Futbol oynayırıq, futbol oynayanda qələbə də, titul da gəlir.

– Heyəti qoruyub saxlamaq çətin olmayacaq?

– Çox çətindir. Amma komandanın əsas sütununu qorumağa çalışacağıq.

– Bəs kuboku qazanmaq bu məsələdə kömək edəcək?

– Bu suala cavab verməkdə çətinlik çəkirəm. Yəqin ki, müəyyən mənada təsiri, motivasiyası olacaq.

– Elmar Baxşıyev “Qəbələ”də qalacaq?

– Bu məsələ böyük ölçüdə həll olunuib.

– Bəs yeni transferlərlə bağlı sizə müraciət edib?

– Bununla bağlı yaxın günlərdə onunla görüşəcəyik. Gedən futbolçuların yerinə yenilərini transfer etmək məcburiyyətindəyik.

– Rəhbərliyin – fəxri prezident Tale Heydərovun bu uğurlarınıza münasibəti necədir? Mükafat olaraq büdcəni artıra bilərmi?

– Bu barədə bir söz deyə bilmərəm. Büdcəmizdə dəyişiklik gözlənilmir. “Gilan” bizim baş sponsor olaraq qalır. Bu gün qazanılan uğurda pay sahibidir. Sizin vasitənizlə Tale Heydərova da təşəkkür etmək istəyirəm. Bu qələbədə böyük pay sahibi Tale Heydərovdur. İlk gündən, yaradılan şəraitdən bu uğura kimi hər bir işdə onun zəhməti var.

– Legionerlərinizə təkliflər çoxdur. Onlarla yeni müqavilə ilə bağlı danışığınız olub?

– Məndə olan məlumata görə, legionerlərimizin ilk danışıq aparacağı klub “Qəbələ”dir. Bizimlə razılaşmasalar, başqa kluba gedəcəklər.

– “Qəbələ”nin avrokuboklarda şansını necə dəyərləndirirsiniz?

– Gücümüz, potensialımız nəyə çatırsa, onu etməyə çalışırıq. Komanda Konfrans Liqasında iştirak etməyə layiqdir. Orada necə iştirak edəcəyimizi zaman göstərəcək. Komandanın gücündən artıq nəsə edəcəyimizi deyə bilmərəm.

– “Qəbələ” iki dəfə Avropa Liqasının qrup mərhələsində iştirak edib. Buna görə də komandadan gözləntilər çoxdur. Bu barədə nə deyə bilərsiniz?

– Yəqin ki, Konfrans Liqasında bizim potensial rəqiblərimizi görmüsüz. Başqa söz demək istəmirəm. Potensialımızdan maksimum istifadə edib ölkəmizi layiqli şəkildə təmsil etməyə çalışacağıq.

Qeyd edək ki, dünən “Qəbələ” “Neftçi”ni 1:0 hesabı ilə məğlub edərək Azərbaycan Kubokunun qalibi olub.

Tarix
2023.06.04 / 10:54
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla