Yuxarı

Rüşvət qalmaqalında adı hallanan hakimlə bağlı - Qərar

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rüşvət qalmaqalında adı hallanan hakimlə bağlı - Qərar

AFFA-nın xüsusi komissiyası ötən ilin noyabrında bəzi Kütləvi İnformasiya Vasitələrində sabiq FIFA hakimləri Asim Xudiyev, Ramiz Əsədov və Xaqani Məmmədovun iştirakı ilə keçirilmiş beynəlxalq oyun zamanı komandalardan birinin hakimlərə rüşvət təklif etməsi ehtimalını özündə əks etdirən videogörüntülərlə bağlı məsələni araşdırıb.

Sportnet.az xəbər verir ki, oyunun gedişatını, hakimlərin qərarlarını geniş təhlil edib və hadisənin canlı şahidlərinin fikirlərini öyrənib.

Nəticədə iddia olunan rüşvət faktının öz təsdiqini tapmaması ilə bağlı qərar qəbul edilib.

Videogörüntülər 2001-ci il iyulun 28-də UEFA Kuboku turnirində "Osiyek (Xorvatiya) - "Dinaburq" (Latviya) komandaları arasında keçirilmiş cavab oyununda lentə alınıb. Videogörüntülərdə eşidilən dialoqlarla bağlı KİV-də olan iddialara əsasən, oyunun yan xətt hakimi Ramiz Əsədov və ehtiyat hakim Xaqani Məmmədov oyunun 72-ci dəqiqəsində baş hakim Asim Xudiyevə Latviya klubunun nümayəndələrinin qələbə müqabilində rüşvət təklif etdikləri ilə bağlı xəbər çatdırmağa çalışıblar.

Qeyd olunmuş videogörüntülər ictimailəşən kimi AFFA məsələnin araşdırılması üçün xüsusi komissiya yaradıb. Komissiya üzvləri AFFA-nın İcraiyyə Komitəsinin üzvü, Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov, AFFA-nın hüquqşünası Rəmiş Malıyev, AFFA-nın təhlükəsizlik xidmətinin rəisi Ağamehdi Mehdiyev, PFL-in baş direktoru Məlik Həsənov və PFL-in Təhlükəsizlik Şöbəsinin rəisi Vaqif Sadıqov olub.

Tarix
2016.01.16 / 00:12
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

Nazirlikdə yoxlama: Kimlərə artıq pullar ödənilib?

Xahişimi yerinə yetirdi, İrana təşəkkür edirəm - Tramp

Latviya prezidenti Ağ Şəhərdən danışdı: Möcüzə...

Prezidentlər biznes-forumda iştirak etdilər

İran BƏƏ-də iqlim silahına zərbə endirdi, quraqlıq bitdi – Şok

İlham Əliyevdən Rinkeviçslə görüşlə bağlı paylaşım - Video

Qriqoryanın Güllə Yunanıstanda qəribə görüşü - Foto

Bu nazirlik də yoxlamadan “üzüağ” çıxmadı

Hərbi xidmətlə bağlı bu cəzalara təkrar baxılacaq

Endryu Cons: Nuhun gəmisi Türkiyədədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla