Yuxarı

Elman Rüstəmov: "Paralel bazar SSRİ-də də vardı"

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Elman Rüstəmov: "Paralel bazar SSRİ-də də vardı"

Bu məsələni biz valyuta bazarında da müşahidə etdik. Dekabr ayında Mərkəzi Bank üzən məzənnə rejiminə keçəndən sonra görünür, müəyyən insanların institusional yaddaşları çox güclüdür, 90-cı illərdə olduğu kimi artıq fəaliyyətə keçdilər.

Axar.az xəbər verir ki, bu sözləri Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, bəziləri manatın məzənnəsinin süni surətdə aşağı düşməsi və dolların daha da bahalaşmasından qazanc məqsədilə istifadə etmək istədi:

"Bütövlükdə bunu süni yaradılmış və çox vaxt bankların nəzarətində olmayan valyutadəyişmə məntəqələrində müşahidə etdik və bütün valyutadəyişmə məntəqələrini ləğv etdik. Ona görə ki, bu məsuliyyət bilavasitə bankların və bank şöbələrinin üzərində olsun.

Bütövlükdə məsələnin kökü nədir? - Paralel bazar bir sıra inkişaf etmiş ölkələrdə də var. Hətta çox böyük nəzarətə baxmayaraq, paralel bazar SSRİ dövründə də mövcud idi".

Tarix
2016.01.19 / 23:02
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

İrəvandan TRİPP-lə bağlı mühüm açıqlama

Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu

XİN Türkiyəyə başsağlığı verdi

Türkiyədə helikopter qəzası: 5 hərbçi şəhid oldu - Video

Ermənistandakı bu layihəni alqışlayırıq

Layihələrimiz Avropa üçün strateji əhəmiyyət daşıyır

Bakı və Tiflis daha 18 sənəd imzalayacaq - Nazir

Boçorişvilinin qəbulu ilə bağlı videoçarx paylaşıldı - Video

Azərbaycan və Gürcüstan XİN rəhbərləri görüşdü

Sərdar Kılıç buna görə Paşinyanı təriflədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla