İranın Şərqi Azərbaycan vilayətinin "Traktor" futbol
komandası fevralın 4-də Təbriz şəhərində ölkənin Xuzestan
vilayətinin "Fulad" komandası ilə qarşılaşıb.
"Traktor" komandası rəqib üzərində 1:0 hesablı qələbə qazanaraq
İran çempionatının finalına yüksəlib. Havanın temperaturunun mənfi
10 dərəcə olmasına baxmayaraq oyun "Traktor" azarkeşlərinin böyük
coşqusu ilə izlənib.
Oyundakı maraqlı məqamlardan biri də, "Traktor"un keçmiş baş
məşqçisi, portuqaliyalı Toni Olivieranın futbol meydançasında
görünməsi olub. T.Oliviera oyundan əvvəl yerli KİV nümayəndələrinə
bildirib ki, o, təbrizli futbol azarkeşlərinin istəyini nəzərə
alaraq "Traktor" komandasında baş məşqçiliyi davam etdirəcək. İrana
da bu məqsədlə qayıdıb.
"Traktor"un İran çempionatının finalında rəqibi Kirman
vilayətinin "Mis" komandası olacaq. Qarşılaşma Kirman şəhərindəki
stadionda keçiriləcək. (AzərTac)