Yuxarı

Bakı-Moskva gərginliyi: Ərdoğanın bu sözləri Putinədir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı-Moskva gərginliyi: Ərdoğanın bu sözləri Putinədir

Ərdoğanın Azərbaycan-Rusiya gərginliyi ilə bağlı dedikləri Putinə ünvanlanıb.

- Türkiyə baş verənləri yaxından izləyir və gərginliyin böyüməsində maraqlı deyil;

- Əliyev də qarşıdurmanı genişləndirməyin tərəfdarı deyil.

Bakı-Moskva xəttində təmas kanallarının çətinləşdiyi vaxtda Əliyevin mövqeyini Ərdoğanın təqdim etməsi təsadüfi deyil. Çünki baş verənlərə liderlərin açıq münasibət bildirməsi gərginliyi artıra bilər, eyni zamanda, bu, Moskvaya Ankaranın Bakının yanında olduğu və hadisələrin mümkün inkişafında prosesə müdaxilə edə biləcəyinin mesajı kimi dəyərləndirilməlidir. Hərçənd, nə Bakı, nə Ankara gərginlikdə maraqlıdır. Bu halda bir sual önə çıxır:

- Moskva Azərbaycan-Rusiya gərginliyinin səbəblərini aradan qaldıracaqmı?

Söhbət AZAL-ın vurulan təyyarəsindən başlamış Yekaterinburq hücumuna qədərki proseslərdən gedir. Bakının bu məsələlərdə Moskvadan gözlədikləri – hadisələrin hüquqi müstəvidə ədalətli araşdırılması və buna uyğun addımların atılması – qüvvədən düşməyib. Ərdoğanın “lokal hadisələri və onların nəticələrini öz kontekstindən çıxarmadan həll etmək mümkündür” sözləri də əslində Bakının istəklərini ifadə etməsidir.

Rusiyanın bu hadisələrlə bağlı ədalətli mövqe sərgiləyəcəyi ehtimalı əvvəldən az olub, Yekaterinburq hücumu və soydaşlarımıza qarşı etdiklərindən sonra bu, sıfırın altına düşdü. Bu kontekstdə hadisələrin iki mümkün istiqamətdə inkişafı ola bilər:

1. Ankara Bakı-Moskva xəttində pərdəarxası vasitəçilik edir və “lokal hadisələr” Putin-Əliyev-Ərdoğan müstəvisində tərəfləri qane edəcək formada həll edilir;

2. Bakı-Moskva xəttində təmaslar bərpa olunur, lakin bu məsələlərin həlli ilə bağlı müzakirələr davam etdirilir.

Qarşıdurma heç bir tərəfə sərf etmir, lakin problemin həlli ilə bağlı hər iki variantın mümkünlüyündə çətinliklər var, çünki “lokal hadisələr”in arxasında Cənubi Qafqazdakı mövqelər uğrunda mübarizə dayanır. Ərdoğanın dedikləri gərginlik atmosferinin yumşaldılması ilə yanaşı, Türkiyənin bu mübarizədə Azərbaycanın yanında olduğu mesajını çatdırmaq məqsədi daşıyır.

Tarix
2025.07.05 / 19:49
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

Zəngəzur dəhlizinin statusu açıqlandı

Zelenski Ərdoğanla görüşmək üçün Ankaraya gəldi

Hacıyev Zəngəzur dəhlizinin hissəsi olan yoldan video paylaşdı

Bakıda mühüm forum keçirildi

Ukraynada Azərbaycan abidələrinin mühafizəsinə başlandı

İranda yaşam mücadiləsi: Rejim pulları hara xərcləyir? - Video

Azərbaycan və Ermənistan parlament nümayəndələri görüşdü

Ağdamın ağ günləri geri qayıdır

Ermənistan nümayəndə heyəti Azərbaycana nə vaxt gəlir?

İlham Əliyev Latviya prezidentini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla