Yuxarı

“Mançester”in əfsanəsi "Qarabağ"ın zəfərini qeyd etdi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Mançester”in əfsanəsi "Qarabağ"ın zəfərini qeyd etdi

Avropa Liqasının 1/8 final mərhələsinin püşkatmasının keçirildiyi UEFA-nın mənzil-qərargahında bizə çox isti münasibət göstərdilər.

Axar.az xəbər verir ki, bu sözləri "Qarabağ”ın prezidenti Tahir Gözəl UEFA Avropa Liqasında 1/8 final mərhələsində Almaniyanın “Bayer” komandasına rəqib olmaları ilə bağlı klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Funksioner ardıcıl ikinci dəfə püşkatmada iştirak etdiyini bildirib:

“1/8 finala yüksəldikdən sonra pley-offun püşkatmasından daha fərqli münasibət gördük. Qurumun baş katibinin müavini Corco Markettinin və tədbirin bütün aparıcılarının “Qarabağ” haqda xüsusi danışması, komandamızın 1/8 finala möhtəşəm mübarizə ilə yüksəldiyini vurğulaması məni qürurlandırdı. İrlandiyanın paytaxtı Dublində keçiriləcək final oyununun səfiri, “Mançester Yunayted”in əfsanələrindən olan Con Oşi özü də bunu xüsusi qeyd etdi".

Onun sözlərinə görə, Ağdam təmsilçisi “Braqa” səddini keçməklə bütün Avropanı təəccübləndirdi:

"Hamı “Qarabağ”a ehtiramla, heyranlıqla yanaşır. “Qarabağ” sözünün, Azərbaycan bayrağının bu səviyyədə tanınması göstərir ki, klubumuzda böyük iş görülüb. Mən bir azərbaycanlı kimi fəxr edirəm ki, bu mərhələyə qədər irəliləmişik. 1/8 finalda ən yaxşılar oynayır. Avropada 1000-dən çox klub var və biz Avropa Liqasının 16 ən yaxşısı arasına düşmüşük. Bunun özü tarixi nailiyyətdir. Mən xalqımızı və Ali Baş Komandanımızı təbrik edirəm”.

Qeyd edək ki, "Qarabağ" ilə "Bayer" arasında ilk matç martın 7-də Bakıda, cavab qarşılaşması isə bir həftə sonra Leverkuzendə baş tutacaq.

Tarix
2024.02.23 / 22:51
Müəllif
Axar.az
Digər xəbərlər

Dünya liderləri İlham Əliyevi təbrik edir

Bakı ilə əlaqələrə xüsusi önəm veririk - Yunanıstan prezidenti

Almaniya səfirliyi Azərbaycan xalqını təbrik etdi - Video

Aqrar sektor strateji iqtisadi istiqamət kimi dəyərləndirilir

İsrail səfirliyi Azərbaycan xalqını təbrik etdi

Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım etdi

Bayramov BMT TŞ-nin açıq debatında çıxış etdi

Ceyhun Bayramov kubalı həmkarı ilə görüşdü

Bayramov pakistanlı həmkarı ilə görüşdü

“Arvad”dan hürkən deputata ər cavabı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla