Yuxarı

Dünya Kubokunda dörd atletimiz finalda

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dünya Kubokunda dörd atletimiz finalda

Fevralın 19-da Azərbaycanda ilk dəfə idman gimnastikası üzrə dünya "Challenge" kuboku yarışları başlayıb.

AzərTac xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən yarışlarda 19 ölkədən 46 kişi və 22 qadın gimnast ayrı-ayrı alətlər üzrə medallar uğrunda mübarizə aparır.

Dünya kuboku yarışlarının ilk günündə kişilər və qadınlar 5 alət üzrə çıxış ediblər.

Kişilərin sərbəst hərəkətlər yarışında millimizin üzvü Petro Paxnyuk 14.950 xalla 20 idmançı arasında ikinci olub və finala yüksəlib. Bu növdə israilli Artyom Dolqopyat birinci pillədə qərarlaşıb. Digər idmançımız "Bakı-2015" ilk Avropa Oyunlarının beş medalını qazanan Oleq Stepko halqalar üzrə yarışlarda 14.650 xalla üçüncü yeri tutaraq həlledici mərhələyə adlayıb. Türkiyəli İbrahim Çolak və Yaponiya gimnastı Tomomasa Hasegava bu növdə ilk iki pillədə yer alıblar.

Gimnastika atı yarışlarında Azərbaycan təmsilçiləri finala vəsiqə qazana bilməyiblər. Yaponiyalı Tomomasa Hasegava birinci yeri tutub. Belçika təmsilçisi Maksim Gentges ikinci, norveçli Stian Skjerahaug üçüncü olublar.

Qadınların dayaqla tullanma yarışlarında gimnastımız Mariya Smirnova dünya kuboku yarışlarının finalına yüksəlib. Atletimiz 13.150 xalla səkkizinci olub. İlk üçlükdə özbəkistanlı Oskana Çusovitina, Sloveniya gimnastı Tjasa Kisselef və braziliyalı Daniele Matias qərarlaşıb.

Müxtəlif hündürlüklü qollarda mübarizə aparan milli komandamızın üzvü Yuliya İnşina 12.300 xalla altıncı nəticə göstərərək qızıl medal uğrunda mübarizəni davam etdirmək hüququ qazanıb. Bu növdə almaniyalı Lina Filip bütün rəqiblərindən üstün olub. Braziliya təmsilçiləri Flavia Lopes və Daniele Matias müvafiq olaraq ikinci və üçüncü pilləni tutublar.

Yarışların ilk iki günündə kişi və qadın gimnastları arasında təsnifat, sonuncu günündə isə ayrı-ayrı alətlər üzrə final mərhələləri keçiriləcək.

Tamaşaçıların yarışlardan daha çox zövq almaları üçün müxtəlif müsabiqələr və əyləncə xarakterli fləşmoblar da təşkil olunur.

Tarix
2016.02.19 / 19:55
Müəllif
Axar.az
Digər xəbərlər

Daşkənddə Azərbaycan bayrağı proyeksiya olundu - Foto

Şimali Kipr lideri Azərbaycan nümayəndələrini qəbul etdi

​5 gün ardıcıl qeyri-iş günü olacaq - Tarixlər

Fransadan Azərbaycan səfirliyini hədəf alan hücuma reaksiya

Bayramovun da iştirak etdiyi görüşdə nələr müzakirə edildi?

İlham Əliyev Daşkənddə ziyafətdə - Video

İlqar Hacıyev Baş Prokurorluğa çağırıldı

Əliyev Daşkənddə tədbirdə: Alim Qasımov mükafatlandırıldı

Prezident Daşkənddə İslam Sivilizasiyası Mərkəzində - Foto

Bayramov ilk dəfə bu tədbirdə iştirak etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla