Yuxarı

“Neftçi”dən “XL” rəhbərliyinə sərt sözlər

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Neftçi”dən “XL” rəhbərliyinə sərt sözlər

"Neftçi"nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gündüz Abbaszadə feysbuk səhifəsində yazdığı statusda bu həftə baş tutacaq "Böyük Oyun"un yayımlanmaması ilə bağlı "Xəzər Lənkəran" rəhbərliyini günahlandırıb.

"Axar.az" Gündüz Abbaszadənin statusunu təqdim edir:

"Çox maraqlıdır, hamı "Böyük oyun" deyir. Böyük oyun isə yayımlanmayacaq. Əminəm ki, bu məsələdə "İdman Azərbaycan" kanalının zərrə qədər "günahı" olsaydı, indi mətbuat susmayacaqdı. Azarkeşlərimizi "Böyük oyun"suz qoymaq istəyən isə bu dəfə "Xəzər Lənkəran" tərəfidir. Açıq danışmaq lazımdır, əvvəlki illərdə klublar yayım üçün TV-yə xahiş-minnət edirdilər. Hətta yayım üçün tələb olunan texniki xərcləri belə, klublar ödəyirdi. İndi PFL və Topaz yayım üçün hər şəraiti yaradıb. Pulsuz-parasız... Bəs niyə mane oluruq? "Yayım üçün kluba pul ödənilməlidir" iddiası bəhanədən başqa bir şey deyil. İndi yadınıza düşdü? "Dünən"ə qədər yayım üçün pulu ödəyən siz idiniz axı?! Mustafa Dənizlidən soruşun, zəhmət olmasa, Türkiyədə başqa oyunu demirəm, "Beşiktaş" - "Konyaspor" oyunu yayımlanmasa, ictimaiyyət nə reaksiya verərdi? Təsəvvür belə etmək çətindir".

Tarix
2014.02.07 / 15:25
Müəllif
İlqar Vəliyev
Digər xəbərlər

Türkiyədən Azərbaycanla bağlı bəyanat

Elvin Əlizadəyə TƏBİB-də yüksək vəzifə verildi

Azərbaycanın Ukraynaya yardımına AB-dən reaksiya

Əliyev, Putin və Paşinyan qapalı görüş keçirib?

Prezidentin Türkmənistana səfəri ilə bağlı paylaşım - Video

Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla