Yuxarı

Millət vəkili Rusiyanı müsəlmanlarla hədələdi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Millət vəkili Rusiyanı müsəlmanlarla hədələdi

"Azərbaycandan Qarabağ çox aydın, dumansız, dəqiq hədəflərlə görünür. Rusiya onu dünyaya dumanlı görsətmək istəyirsə, bu, yanlış siyasətdir. Əslində, həmin dumanı çəkən tərəfin kim olduğu bəllidir. Nə qədər ki, Rusiya bu regiona normal, təhlükəsizlik kontekstində münasibət göstərəcək, o dərəcədə udub, onun faydasını görəcək. Dumanın içərisində bürünəndə isə bütöv Qafqaz, onun müsəlmanlar yaşayan əhalisi də Rusiya əleyhinə dumana bürünəcəkdir".

Bu sözləri millət vəkili Zahid Oruc Soçi Olimpiadasının açılışı zamanı tamaşaçılarına göstərilən xəritədə Azərbaycanın əzəli torpaqları - Dağlıq Qarabağın dumanlı görüntü ilə verilməsinə münasibət bildirərkən Axar.az"a dedi.

Millət vəkili həmçinin dünyanın ən möhtəşəm idman hadisəsinin siyasiləşməsi haqda fikir bildirdi:

"Uzun illərdi ki, olimpiadalar kifayət qədər siyasiləşib. Və onun çevrəsində həddindən artıq böyük konfrontasiyalar özünü göstərir. Belə demək mümkünsə, istənilən dövlətdə keçirilən olimpiada sanki həmin dövlətin siyasi kursunun bir elementinə çevrilir. 1968-ci ildə Meksika Olimpiadası zamanı xunta rejimi hakimiyyətdə idi. Onun çevrəsində də anti-Meksika təbliğatı özünü göstərirdi. Onun bənzəri Seulda da özünü göstərdi. İndiki olimpiadada eyni prosesi müşahidə edirik. Açıq-aydın sezilir ki, Rusiya bu prosesdə sanki xarici tendensiyaları stimullaşdırıb, onlara əlavə ton verir. Açıq-aşkar şəkildə təbliğat toplarını silahlandırır.

ABŞ-ı ifadə edən dairəvi həlqənin açılmaması, o cümlədən Qarabağın, Cənubi Osetiya və Abxaziyanın dumanlı mənzərəsi bəlkə də dünya insanı üçün heç nə demir. Çünki ora dünya karnavalıdır. Və ora toplaşanlar ona o qədər də fikir vermir. Ona görə də biz bu məsələni dövlətlərarası münasibətin probleminə çevrilməli deyilik. Onsuz da bu işin təbliğatını aparan ORT-nin rəhbəri bunu sırf texniki problem kimi qələmə verəcək".

Tarix
2014.02.10 / 14:23
Müəllif
İlqar Vəliyev
Digər xəbərlər

Putin yalan danışır, Ermənistana təzyiq edir...

Ermənistanın aqibəti Ukrayna kimi ola bilər? - Bəyanat

Kos Bolqarıstan rəsmisi ilə Cənubi Qafqazı müzakirə etdi

Azərbaycanın inkişaf tempi məni heyran edib... - Babiş

Pezeşkian iclas keçirdi: Azərbaycanla bağlı tapşırıq...

Bu halda İcəvanın yarısını itirəcəkdik

Azərbaycana qarşı hər hansı təxribatlar olarsa... - Deputat

Azərbaycandan Ermənistana buğda və gübrə göndərildi

İrakli Kobaxidze İlham Əliyevi təbrik etdi

Prezident Xankəndidə bu müəssisənin açılışını etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla