Yuxarı

Millət vəkili talış-naxçıvanlı müqayisəsindən əsəbiləşdi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Millət vəkili talış-naxçıvanlı müqayisəsindən əsəbiləşdi

"Ola bilsin ki, bunu bir az da məqsədyönlü şəkildə təəssübkeşlik duyğusunu qaldırmaq üçün istifadə edirlər. Bu gün "Neftçi"nin baş məşqçisinin açıqlamasını oxudum və mənim bundan heç xoşum gəlmədi".

Bu sözləri millət vəkili Fazil Mustafa "XL" – "Neftçi" klubları arasındakı "Böyük oyun"da yaşanan insidentə münasibət bildirirkən "Axar.az"a dedi. F.Mustafanın sözlərinə görə, burada naxçıvanlılarla, talışların müqayisə olunması tamamilə yanlışdır: "Çünki bu məsələdə söhbət nə talışlardan, nə də naxçıvanlılardan gedir. Bəlkə də bunların heç böyük bir qismi futbola maraq göstərməyən insanlardı. Ümumiyyətlə, bu cür ehtiyatsız ifadələr işlətmək yanlışdır və insanları millətə görə ayırmaq doğru deyil. Bunları milli zəminə gətirmək təhlükədir və bunu edənləri dərhal cəzalandırmaq lazımdır. Hətta mən sonuncu açıqlamanın uğursuzluğunu da qeyd etdim. Bu açıqlamaya görə üzrxahlıq etmək lazımdır. Gənclər stadiona gəlib hansısa aşırı hərəkət ediblərsə, bunu bir xalqın və yaxud da naxçıvanlının adına niyə yazırsız?"

Millət vəkilinin sözlərinə görə, Lənkərana münasibət baxımından da müəyyən dərəcədə fərqli davranılmalıdır: "Ən azı bölgələrdə futbolun kütləviliyi əhalinin müəyyən dərəcədə mədəni tədbirlərdə iştirakı üçün təminat yaradır. Buna görə də bölgələrdə olan komandaların hüquqlarının qorunması və haqlarının daha çox yeyilməməsi üçün müəyyən addımların atılması vacibdir. Bəzən bölgə komandalarının haqlarının yeyilməsinin də şahidi oluruq".

Futbolu mədəni bir idman formasına gətirmək lazımdır

"Dünyanın bütün ölkələrində fanatizm var. Məsələn, katalonlardan heç kim tələb edə bilməz ki, sən niyə "Real"a simpatiya ilə yanaşmırsan. Amma bir mədəni davranış qaydaları var və bu davranış qaydaları da həmin klubun rəhbərləri tərəfindən təmin olunmalıdır. Yəni kiminsə hanısa kluba nifrəti və yaxud da simpatiyası ola bilər. Türkiyədə "Qalatsaray" – "Fənərbağça" fanatlarının mübahisəsini buna misal göstərmək olar. Bundan başqa, İngiltərə futbol xuliqanlarının sayına görə dünyanın birinci ölkəsi sayılır. Amma bütövlükdə bunu Azərbaycanda mədəni bir idman formasına gətirmək lazımdır".

Tarix
2014.02.10 / 14:36
Müəllif
İlqar Vəliyev
Digər xəbərlər

Rusiya döyüşə bu erməniləri göndərir - Video

Bu gün Ermənistana 11 vaqon buğda göndəriləcək

Qaltsyan bu görüntü ilə bakılı olduğuna işarə etdi - Video

Azərbaycanlı nazir körpə oğlu ilə AB iclasında - Video

Ceyhun Bayramov Hakan Fidanla danışdı

Azərbaycan vurulacaqdı, Pezeşkian mane oldu - Qəzənfəri

Azərbaycan XİN Cibutinin təbrik etdi

Azərbaycan və Türkiyə Ordu Gününü belə qeyd etdi

Azərbaycan namizədi BMT-də Komitə üzvlüyünə seçildi

Bayramov Tayani ilə danışdı: Yaxın Şərqdə vəziyyət...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla