Yuxarı

Zaqatalada ara qarışdı, azarkeşlər stadiona axışdı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zaqatalada ara qarışdı, azarkeşlər stadiona axışdı

Bu gün Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatının 21-ci turunun "Simurq" - "İnter" oyunu zamanı qalmaqal yaranıb.

"Axar.az" "Futbolinfo.az"a istinadən xəbər verir ki, qalmaqalın səbəbkarı "İnter"in futbolçusu Cosqun Diniyev olub.


Belə ki, matçın 84-cü dəqiqəsində zaqatalalıların qapısına penalti təyin edilib. Qazanılan "lotereya"nı qola çevirən Diniyev bundan sonra yerli azarkeşlərə tərəf qaçaraq onlara qarşı nalayiq ifadələr işlədib. Bundan qəzəblənən zaqatalalı azarkeşlər isə meydana axışaraq futbolçunu etdiyi tərbiyəsziliyə görə cəzalandırmağa çalışıblar. Nəticədə stadionda kütləvi dava baş verib. Oyunu idarə edən Rəşad Əhmədov isə Diniyevi bu hərəkətinə görə qırmızı vərəqə ilə cəzalandırıb. Kütləvi davada iştirak etdiyi üçün "Simurq"un bir futbolçusu da qırmızı vərəqə alıb.


Qeyd edək ki, matç 2:2 hesabı ilə başa çatıb.

Tarix
2014.02.13 / 23:59
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyədən Azərbaycanla bağlı bəyanat

Elvin Əlizadəyə TƏBİB-də yüksək vəzifə verildi

Azərbaycanın Ukraynaya yardımına AB-dən reaksiya

Əliyev, Putin və Paşinyan qapalı görüş keçirib?

Prezidentin Türkmənistana səfəri ilə bağlı paylaşım - Video

Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla