Yuxarı

Güləşçimiz üçüncü dəfə dünya çempionu oldu

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Güləşçimiz üçüncü dəfə dünya çempionu oldu

Azərbaycanı Xorvatiyanın Poreç şəhərində keçirilən çimərlik güləşi üzrə Dünya Seriyasında təmsil edən Ramiz Həsənovla (80 kq) İbrahim Yusubov (90 kq) uğurlu çıxışla yadda qalıb.

Axar.az Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Oyan Nəzərianinin rəhbərliyi altında çıxış edən güləşçilərdən İ.Yusubov titulunu qoruyaraq üçüncü dəfə dünya çempionu adını qazanıb. R.Həsənov isə yekun nəticəyə əsasən, dünya ikincisi olub.

Yusubov A qrupunda moldovalı Trayan Kapatinaya (3:0), ukraynalı Nazar Doda (3:0) və macarıstanlı Patrik Puespoekiyə (3:0) qalib gəlib. Yarımfinalda ukraynalı Oleksey Yakovçuku (3:2) minimal fərqlə üstələyən idmançı finalda yenidən T.Kapatinayla qarşılaşıb. Bu dəfə də rəqibinə qalib gələn (3:1) İbrahim final mərhələsində qızıl medal qazanıb.

R.Həsənov da A qrupunda yer alıb. O, fransalı Huqo Kuenoya (2:0), gürcüstanlı Ramaz Zoidzeyə (4:0) və serbiyalı Milyan Rayiçə (3:0) qalib gələrək qrup lideri kimi yarımfinala yüksəlib. Həmyerlimiz yarımfinalda Xristoforidis Xristosdan güclü olub – 2:0. Finalda moldovalı Vasile Diakona (0:2) məğlub olan güləşçi final mərhələsini gümüş medalla başa vurub.

Tarix
2024.10.13 / 21:31
Müəllif
Axar.az
Digər xəbərlər

Nazirlər Milli Məclisə toplanır

Naxçıvana hücum olur, Türkiyədə Bakı ittiham edilir...

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla