Yuxarı

"Zirə"dən bərabərlik, "Sumqayıt"dan səfər qələbəsi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

18:41

Futbol üzrə Misli Premyer Liqasında XI turun daha bir oyunu keçirilib.

Axar.az xəbər verir ki, “Araz-Naxçıvan” “Zirə”ni qəbul edib. "Liv Bona Dea Arena"da reallaşan görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Hesabı 31-ci dəqiqədə qonaqların heyətində Giorgi Papunaşvili açıb. 89-cu dəqiqədə isə Felipe Santos penaltidən bərabərlik qoluna imza atıb.

Bu nəticədən sonra Naxçıvan klubu 21 xalla 3-cü, “Zirə” isə 17 xalla 4-cü pillədə qərarlaşıb.

Günün ikinci matçında “Səbail” “ASCO Arena”da “Sumqayıt”ı sınağa çəkəcək. Qarşılaşma 18:30-da start götürəcək.

Qeyd edək ki, turun açılış oyununda ötən gün "Turan Tovuz" "Kəpəz"i 2:1 hesabı ilə üstələyib.

***

XI turun daha bir matçı baş tutub.

"ASCO Arena"da "Səbail"in "Sumqayıt"ı qəbul etdiyi görüşdə qonaqlar minimal hesablı qələbəyə sevinib.

Yeganə qolu 51-ci dəqiqədə Silvanus Nimeli rəqib qapısından keçirib.

Bu qələbə sayəsində "Sumqayıt" xallarının sayını 10-a çatdırıb. "Səbail" isə 7 xala malikdir.

Tarix
2024.10.26 / 20:46
Müəllif
Axar.az
Digər xəbərlər

Leyla Əliyeva çoban Xanışın ailəsi ilə görüşdü - Foto

Milanda gürcülərin növbəsi heyrətləndirdi – Video

Azərbaycanlılardan bu cür istifadə əxlaqsızlıqdır - Zurabişvili

Xoşqədəm seçkilərə müdaxilə edir - Gürcüstandan etiraz

İsrailin İranı vurmasına dünya liderlərinin reaksiyası

İsrailin İrana hücumu niyə “dağıdıcı” olmadı?

İsrail İrana ABŞ-ın “tövsiyəsinə uyğun” zərbə endirdi

Tiflis üçün ciddi sınaq: izləyirik, narahatıq... - Arkov

İrana hücum: Netanyahu bunkerdə generallarla… - Foto

İsrail İrana bu qədər qırıcı ilə hücum edir – Şok

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla