Yuxarı

İsrail İrana ABŞ-ın “tövsiyəsinə uyğun” zərbə endirdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İlkin məlumatlara görə, İsrail İranın uranın zənginləşdirilməsi və neft istehsalı mərkəzlərinə zərbə endirməyib. İtkilər barədə də səhih məlumat yoxdur. Bu o deməkdir ki, İsrail ABŞ-ın məsləhətini nəzərə alaraq, İrana məhdud zərbə endirib və Yaxın Şərqdə indiki şərtlər altında hələ ki, bu ölkə ilə müharibənin davam etdirilməsini istəmir.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu İsrailin gecə saatlarında İrana hava zərbələrin endirməsini şərh edərkən bildirib.

“Məsələnin bununla yekunlaşıb-yekunlaşmayacağı Tehrandan asılı olacaq. İrandakı rejim İsraillə davamlı müharibədən çəkinir. Ona görə, İsrailin zərbələrinin İranın hərbi infrastukturuna ciddi xələl yetirilmədiyi müəyyənləşərsə, Tehran düşməninə qarşı növbəti zərbədən çəkinəcək. Ancaq bu, son olmayacaq. İsrail Yaxın Şərqdəki düşmənlərinə qarşı müharibəni davam etdirir, İranın müxtəlif ölkələrdəki silahlı qruplarını neytrallaşdırır. Deməli, hansısa mərhələdə İran-İsral qarşdurması yenidən qaçılmaz olacaq”, - politoloq vurğulayıb.

Qeyd edək ki, İsrail bu gecə F-35-lər də daxil olmaqla, 100-dən çox müasir döyüş təyyarəsi ilə 2 min km-dən İrana hava zərbələri endirib.

Tarix
2024.10.26 / 12:33
Müəllif
Axar.az
Digər xəbərlər

İsrailin İranı vurmasına dünya liderlərinin reaksiyası

İsrailin İrana hücumu niyə “dağıdıcı” olmadı?

Tiflis üçün ciddi sınaq: izləyirik, narahatıq... - Arkov

İrana hücum: Netanyahu bunkerdə generallarla… - Foto

İsrail İrana bu qədər qırıcı ilə hücum edir – Şok

İran İsrail raketlərini uğurla vurur – Əl-Mayadin

İrana zərbələr burdan idarə olunur - Foto

Şok: İsrail İranın nüvə stansiyasını vurdu – Təcili

İsrailin İrana zərbə endirməsinə ABŞ-dan reaksiya

SEPAH-ın qərargahı, Tehran hava limanı vuruldu – Foto

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla