Yuxarı

Yollarda hərəkət istiqaməti dəyişdirildi - Sürücülərə müraciət

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsi Bakının bəzi yollarında hərəkət istiqamətinin dəyişdirilməsi ilə bağlı sürücülərə müraciət edib.

Bu barədə Axar.az-a qurumdan məlumat verilib.

Bildirilib ki, COP29 tədbirinə hazırlıq məqsədi ilə oktyabrın 26-dan 27-nə keçən gecə saat 02 radələrindən 06 radələrinədək Bakının bəzi küçə və prospektlərində monitorinqlərin keçirilməsi üçün məhdudiyyətlər tətbiq ediləcək, eləcə də avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək. Məlumata görə, hava limanı istiqamətinə alternativ yol kimi sürücülər 20 Yanvar, Ziya Bünyadov, Qara Qarayev prospekti, Nargilə dairəsi kimi tanınan ərazidən Zığ yoluna keçməklı hərəkət edə bilərlər.

"Bilgəh Kardioloji Sanatoriyasından Hava limanı istiqamətində məhdudiyyət tətbiq olunduğundan sürücülər Maştağa qəsəbəsi, Albalılıq ərazisi və Qala dairəsindən Zığ şosesinə keçməklə hərəkət edə bilərlər. Cənubdan mərkəzə doğru, yəni "Azneft" və "Neftçilər" dairəsinə alternativ kimi isə sürücülər Bakı-Salyan yolunun 14-cü kilometrliyindən Lökbatan dairəsi istiqamətində üçüncü kənar dairəvi yolla 20 Yanvar və ya Yeni Yasamal ərazisindən keçməklə daxil ola bilərlər. Sürücülərdən monitorinq müddətində müəyyən istiqamətlər üzrə nəqliyyat vasitələrinin hərəkətinə tətbiq olunacaq məhdudiyyətləri nəzərə almaları xahiş olunur", - məlumatda qeyd olunub.

Tarix
2024.10.26 / 12:18
Müəllif
Axar.az
Digər xəbərlər

İsrailin İranı vurmasına dünya liderlərinin reaksiyası

İsrailin İrana hücumu niyə “dağıdıcı” olmadı?

İsrail İrana ABŞ-ın “tövsiyəsinə uyğun” zərbə endirdi

Tiflis üçün ciddi sınaq: izləyirik, narahatıq... - Arkov

İrana hücum: Netanyahu bunkerdə generallarla… - Foto

İsrail İrana bu qədər qırıcı ilə hücum edir – Şok

İran İsrail raketlərini uğurla vurur – Əl-Mayadin

İrana zərbələr burdan idarə olunur - Foto

Şok: İsrail İranın nüvə stansiyasını vurdu – Təcili

İsrailin İrana zərbə endirməsinə ABŞ-dan reaksiya

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla