Yuxarı

Şəhidlərin ailə üzvlərinin əl işi: sərgi-satış yarmarkası keçirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə əməkdaşlığı çərçivəsində şəhidlərin ailə üzvlərinin əl işlərindən ibarət sərgi-satış yarmarkası keçirilib.

Axar.az xəbər verir ki, şəhid ailələrinin həyat keyfiyyətinin yaxşılaşdırılması və sosial inteqrasiyasına dəstək məqsədi daşıyan tədbir nazirlikdə üçüncü dəfə təşkil olunub.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov, nazirliyin İnsan resurslarının idarə edilməsi şöbəsinin müdiri Renat Rüstəmov, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova açılış mərasimində çıxış ediblər. Çıxışlarda Zəfər bayramı ərəfəsində təşkil olunan tədbirin şəhidlərə minnətdarlığın bir ifadəsi olduğu bildirilib və şəhid ailələrinin sosial vəziyyətinin yaxşılaşdırılması baxımından əhəmiyyəti vurğulanıb.

Sərgi-satış yarmarkasında 10 şəhid ailəsi üzvünün 215 rəsm və əl işi təqdim edilib. Nazirlik və tabeliyindəki qurumların əməkdaşları həmin məhsulları alaraq onların fəaliyyətlərinə dəstək olublar.

Tədbir çərçivəsində 55 şəhid övladına robototexnika və təsviri sənət növləri üzrə master-klaslar da keçirilib. Sonda uşaqlara hədiyyələr təqdim olunub.

Tarix
2024.10.26 / 11:21
Müəllif
Axar.az
Digər xəbərlər

İsrailin İranı vurmasına dünya liderlərinin reaksiyası

İsrailin İrana hücumu niyə “dağıdıcı” olmadı?

İsrail İrana ABŞ-ın “tövsiyəsinə uyğun” zərbə endirdi

Tiflis üçün ciddi sınaq: izləyirik, narahatıq... - Arkov

İrana hücum: Netanyahu bunkerdə generallarla… - Foto

İsrail İrana bu qədər qırıcı ilə hücum edir – Şok

İran İsrail raketlərini uğurla vurur – Əl-Mayadin

İrana zərbələr burdan idarə olunur - Foto

Şok: İsrail İranın nüvə stansiyasını vurdu – Təcili

İsrailin İrana zərbə endirməsinə ABŞ-dan reaksiya

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla