Yuxarı

İsrailə cavab olacaq? - İrandan inanılmaz reaksiya

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran BMT Nizamnaməsinə əsaslanaraq özünü İsrailin İran ərazisinə hücumuna cavab verməyə borclu hesab edir.

Axar.az xəbər verir ki, bu barədə İran XİN-in bəyanatında bildirilib.

“İran XİN sionist rejimin (İsrail – red.) İrandakı bir sıra hərbi mərkəzlərə qarşı təcavüzkar hərəkətlərini kəskin şəkildə pisləyir və bunu beynəlxalq hüququn və BMT Nizamnaməsinin - yəni digər ölkələrin ərazi bütövlüyünə və ya siyasi müstəqilliyinə qarşı güc tətbiq etməklə hədələməkdən və ya istifadə etməkdən çəkinmək prinsipinin - açıq şəkildə pozulması kimi qiymətləndirir”, - bəyanatda vurğulanıb.

Qeyd edilib ki, İran BMT Nizamnaməsinin 51-ci maddəsində əksini tapmış qanuni müdafiəyə dair müstəsna hüququna əsaslanaraq, özünün xarici təcavüz aktlarından müdafiə etmək hüququ və öhdəliyi olduğunu bildirir.

İran XİN Yaxın Şərqdə qeyri-sabitliyin əsas səbəbi kimi ABŞ və Qərbin İsrailin "cinayətkar hərəkətlərinə" hərtərəfli hərbi-siyasi dəstəyini göstərib.

Qeyd edək ki, bundan öncə Tehranın üçüncü ölkə vasitəsilə İsraili xəbərdar edərək, İran ərazisinə edilən hücuma cavab verməyəcəyini bildirdiyi haqda məlumat yayılmışdı.

Tarix
2024.10.26 / 14:05
Müəllif
Axar.az
Digər xəbərlər

Xoşqədəm seçkilərə müdaxilə edir - Gürcüstandan etiraz

İsrailin İranı vurmasına dünya liderlərinin reaksiyası

İsrailin İrana hücumu niyə “dağıdıcı” olmadı?

İsrail İrana ABŞ-ın “tövsiyəsinə uyğun” zərbə endirdi

Tiflis üçün ciddi sınaq: izləyirik, narahatıq... - Arkov

İrana hücum: Netanyahu bunkerdə generallarla… - Foto

İsrail İrana bu qədər qırıcı ilə hücum edir – Şok

İran İsrail raketlərini uğurla vurur – Əl-Mayadin

İrana zərbələr burdan idarə olunur - Foto

Şok: İsrail İranın nüvə stansiyasını vurdu – Təcili

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla