Yuxarı

Kəmaləddin Heydərov ağac əkdi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə ölkəmizdə 2024-cü ilin elan olunduğu “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Fövqəladə Hallar Nazirliyi tərəfindən növbəti ağacəkmə aksiyası keçirilib.

Axar.az xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və Nazirliyin kollektivinin iştirak etdiyi aksiya Abşeron rayonunda yerləşən “İzotop” xüsusi kombinatının ərazisində təşkil olunub.

Aksiya ətraf mühitin və ekoloji tarazlığın qorunmasına, yaşıllıqların artırılmasına dəstək verilməsi, eləcə də vətəndaşlar arasında ekoloji mədəniyyətin, təbiətə qayğı hissinin təbliğ edilməsi məqsədilə təşkil olunub.

Ağacəkmə aksiyasında Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən eldar şamı, çinar və zeytun ağacları əkilib, onlara müvafiq aqrotexniki qulluq göstərilib.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən ağacəkmə aksiyaları mütəmadi olaraq təşkil edilir.

Tarix
2024.10.26 / 14:44
Müəllif
Axar.az
Digər xəbərlər

Leyla Əliyeva çoban Xanışın ailəsi ilə görüşdü - Foto

Milanda gürcülərin növbəsi heyrətləndirdi – Video

Azərbaycanlılardan bu cür istifadə əxlaqsızlıqdır - Zurabişvili

Xoşqədəm seçkilərə müdaxilə edir - Gürcüstandan etiraz

İsrailin İranı vurmasına dünya liderlərinin reaksiyası

İsrailin İrana hücumu niyə “dağıdıcı” olmadı?

İsrail İrana ABŞ-ın “tövsiyəsinə uyğun” zərbə endirdi

Tiflis üçün ciddi sınaq: izləyirik, narahatıq... - Arkov

İrana hücum: Netanyahu bunkerdə generallarla… - Foto

İsrail İrana bu qədər qırıcı ilə hücum edir – Şok

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla