Yuxarı

"Rabitəbank" və nazirlik ağacəkmə aksiyası keçirdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Rabitəbank ASC və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə 25 mart 2024-cü il tarixində Bakı şəhəri, Müşfiqabad qəsəbəsində yerləşən ərazidə ağacəkmə aksiyası keçirilib. Aksiya çərçivəsində ərazidə yüzlərlə şam və zeytun ağacları əkilib. Yeni əkilmiş ağaclar suvarılıb və gələcəkdə mühafizə edilməsi məqsədilə zəruri tədbirlər görülüb.

Aksiyanın keçirilməsində əsas məqsəd ağac əkməklə ekoloji davamlılığı dəstəkləmək, ətraf mühiti qorunmaq, ən əsası da ölkədə keçirilən ekoloji tədbirlərdə yaxından iştirak etmək və ekoloji maarifləndirmə ilə gənc nəslin diqqətini yaşıl dünyanın qorunmasına yönəltmək olub.

Qeyd edək ki, “Rabitəbank” ASC mütəmadi olaraq ətraf mühitin qorunması, ekoloji şəraitin yaxşılaşdırılması istiqamətində müxtəlif sosial aksiyalar təşkil edir.

Hazırda “Rabitəbank” ASC 16 region və Bakı şəhəri üzrə ümumilikdə 28 xidmət məntəqəsi, 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması, "RabitaBot" çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.

Tarix
2024.10.26 / 14:23
Müəllif
Axar.az
Digər xəbərlər

Xoşqədəm seçkilərə müdaxilə edir - Gürcüstandan etiraz

İsrailin İranı vurmasına dünya liderlərinin reaksiyası

İsrailin İrana hücumu niyə “dağıdıcı” olmadı?

İsrail İrana ABŞ-ın “tövsiyəsinə uyğun” zərbə endirdi

Tiflis üçün ciddi sınaq: izləyirik, narahatıq... - Arkov

İrana hücum: Netanyahu bunkerdə generallarla… - Foto

İsrail İrana bu qədər qırıcı ilə hücum edir – Şok

İran İsrail raketlərini uğurla vurur – Əl-Mayadin

İrana zərbələr burdan idarə olunur - Foto

Şok: İsrail İranın nüvə stansiyasını vurdu – Təcili

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla