Yuxarı

Güləşçilərimiz 3 medal qazandı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Güləşçilərimiz 3 medal qazandı

Türkiyənin İstanbul şəhərində Yaşar Doğunun xatirəsinə həsr olunan beynəlxalq turnir davam edir.

"Axar.az" "Publika.az"a istinadən xəbər verir ki, 42-ci dəfə keçirilən turnirdə böyüklərdən ibarət sərbəst güləş üzrə yığma komandamız da iştirak edir. Turnirin ilk günündə yığma komandamızın üzvləri 1 qızıl, 1 gümüş və 1 bürünc medala sahib olub.

Keçirdiyi bütün görüşləri qələbə ilə başa vuran Olimpiya mükafatçımız Xetaq Qazyumov (97kq) turnirin qalibi olub. O, ardıcıl olaraq Türkiyə yığmasının 5 güləşçisini mübarizədən kənarlaşdırıb.

97 kq çəki dərəcəsində digər təmsilçimiz Roman Bəkirov isə bürünc medala sahib olub.

65 kq çəkidə mübarizə aparan Məhəmməd Müslümov da rəqiblərindən üstün olub və finala yüksəlib. Ancaq finalda İtaliya güləşçisi ilə görüşdə uduzan təmsilçimiz gümüş medalla kifayətlənib.

Bu çəkidə digər təmsilçimiz Ağahüseyn Mustafayev ardıcıl iki türkiyəli rəqibini üstələsə də, yarımfinalda İtaliya güləşçisinə uduzub. Bürünc medal uğrunda həlledici görüşü də məğlub başa vuran Ağahüseyn turniri 5-ci sırada tamamlayıb.

İlk yarış günündə mübarizəyə qoşulan güləşçilərimizdən Yaşar Əliyev (57 kq) və Səid Həmidov (97 kq) mübarizəni erkən dayandırıblar.

Tarix
2014.02.16 / 17:35
Müəllif
Axar.az
Digər xəbərlər

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla