Yuxarı

“Qarabağ”ın prezidenti iddialı danışdı: “Lion”la oyun...

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Qarabağ”ın prezidenti iddialı danışdı: “Lion”la oyun...

UEFA Avropa Liqasında mübarizə aparan “Qarabağ” Liqa mərhələsinin 5-ci turunda Bakıda “Lion”la (Fransa) qarşılaşacaq.

Axar.az xəbər verir ki, Ağdam təmsilçisinin prezidenti Tahir Gözəl qarşılaşma ərəfəsində klubun saytına açıqlama verib.

O bildirib ki, "Qarabağ" meydana növbəti qələbəni qazanmaq üçün çıxacaq:

“Azərbaycanı illərdir Avropada layiqincə təmsil edən “Qarabağ” bu həftə növbəti oyununu keçirəcək. Komandamız təkcə Fransanın deyil, Avropanın adlı-sanlı klublarından hesab olunan “Lion”u qəbul edəcək. Bir çox tanınmış futbolçuya malik rəqibin ulduzları Bakıda qonağımız olacaq. Ötən tur “Bodo Qlimt”ə qalib gələn “Qarabağ” meydana ardıcıl ikinci qələbəsini qazanmaq üçün çıxacaq. Komandamız Norveçdə olduğu kimi, yenə azarkeşlərimizə sevinc bəxş etmək üçün sonadək və var gücü ilə mübarizə aparacaq".

Klub rəhbəri hədəfin növbəti mərhələyə yüksəlmək olduğunu vuruğulayıb:

"Qarşıda dörd oyunumuz var. Bunlardan birincisi “Lion”a qarşı olacaq. İnanıram ki, bu turda da qələbə qazanıb növbəti mərhələyə keçmək üçün daha bir addım atacağıq”.

Qeyd edək ki, noyabrın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Lion” görüşü saat 21:45-də başlayacaq.

Tarix
2024.11.26 / 17:30
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyədən Azərbaycana haqlı irad: Qardaş dar gündə...

Abbas Abbasovun nəşi Azərbaycana gətirilir

Ələkbərov bir ildə ən çox qazanan iş adamı oldu

Ərdoğan İlham Əliyevə zəng etdi

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla