Yuxarı

"Qarabağ" pley-offa yüksələ biləcəkmi? - Qurbanov

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Qarabağ" pley-offa yüksələ biləcəkmi? - Qurbanov

Çox danışmaq olar. Sadəcə futbolda diqqətsizlik edəndə qapında belə qollar görürsən. Xüsusən də 2-ci qol zamanı edilən səhvi Kevin Medinadan gözləmirdik.

Axar.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının Liqa mərhələsinin 5-ci turunda evdə "Lion"a 1:4 hesabı ilə uduzduqları matç barədə danışarkən deyib.

Mütəxəssis görüşdən dərhal sonra "CBC Sport"a açıqlamasında hesabın oyuna görə olmadığını söyləyib:

"Kevinə deyiləcək iradım yoxdur. Çünki bu, texniki səhvdir. 2-ci qoldan sonra futbolçularda ruh düşkünlüyü oldu. Ona görə də 3-cü qolu buraxdıq. 3-cü qoldan sonra isə oyunumuz dağıldı. İstədiyimiz kimi olmadı. Matçın sonlarına yaxın özümüzə gəldik. İnanın ki, futbolçularımdan çox razı qaldım. Məncə, hesab oyuna görə deyildi. İlk hissədə, 2-ci hissədə çoxlu qol epizodlarımız oldu. Nə qədər zərbəmiz qapı dirəyindən geri qayıtdı. Sadəcə rəqib futbolçuların ustalığı belə nəticəyə səbəb oldu".

O, "Qarabağ"ın qarşıda 3 oyunu var. Pley-offa adlamaq üçün ən az 7 xal toplamalıyıq. Bu mümkün olacaqmı" sualına belə cavab verib:

"Bilmək olmaz ki, 7 xal toplamaq lazımdır, ya yox. Bəlkə daha az xal bizə kömək edə bilər. Bu futboldur. Sonadək mübarizə aparacağıq. Avropada futbol sürətlə inkişaf edir. Belə böyük klublar daha aktiv, diqqətli oynayırlar. Bu gün onlar bizim hər bir futbolçumuzu analiz edirlər. Bu, həm xoşdur, həm də yox. Hər bir halda azarkeşlərimizə təşəkkür edirəm. Məncə, onlar üçün də maraqlı oyun oldu".

Tarix
2024.11.29 / 00:07
Müəllif
Axar.az
Digər xəbərlər

Saralın istefasının dərhal ardından bunu yazdı...

Ərdoğan Azərbaycana qarşı çıxan Saralı istefaya göndərdi - Təcili

Fransa niyə “dağılır”? - Alov Avropanı bürüyəcək

İlham Əliyev Tokayevi təbrik etdi

İrandan ABŞ-a yeni təklif: Hörmüzü açırıq, əvəzində...

1991-ci ildən sonra Rusiya ilə bağlı səhv etdik - Ruge

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla