Yuxarı

"Bavariya" ilk hissədə oyunun taleyini həll etdi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Bavariya" ilk hissədə oyunun taleyini həll etdi

“Bavariya” Bundesliqanın 30-cu turunda səfərdə “Haydenhaym” ilə qarşılaşıb.

Axar.az xəbər verir ki, münhenlilər görüşdə ev sahiblərinin qapısından dörd cavabsız top keçiriblər. “Bavariya” fasiləyə qədər üç dəfə fərqlənib. Komandanın heyətində Harri Keyn (12), Konrad Laymer (19) və Kinqsli Koman (36) adlarını tabloya yazdırıblar. Görüşün ikinci hissəsində isə Coşua Kimmix (56) oyunda son nöqtəni qoyub – 4:0.

Bu qələbədən sonra Münhen təmsilçisi xallarının sayını 72-yə çatdırıb. “Haydenhaym”ın aktivində isə 22 xal var.

Turun bu gün oynanılan digər görüşlərində aşağıdakı nəticələr qeydə alınıb:

“Leyptsiq” – “Holstayn Kiel” – 1:1

“Verder Bremen” – “Boxum” – 1:0

“Frayburq” – “”Hoffenhaym” – 3:2

“Maynts” – “Volfsburq” – 2:2

“Union Berlin” – “Ştutqart” – 4:4.

Tura aprelin 20-də keçiriləcək “Auqsburq” – “Ayntraxt Frankfurt”, “Borussiya Dortmund” – “Borussiya Münxenqladbax” və “St Pauli” – “Bayer Leverkuzen” görüşləri ilə yekun vurulacaq.

Tarix
2025.04.20 / 01:34
Müəllif
Axar.az
Digər xəbərlər

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla