Yuxarı

Xankəndi stadionu yenidən qurulur - Foto

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xankəndi şəhər stadionu yenidən qurulur.

Axar.az xəbər verir ki, bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Bildirilib ki, III MDB Oyunlarına hazırlıq prosesi ərəfəsində işlər daha da intensivləşib.

Stadionun tikintisinin bu ilin sentyabr ayına qədər başa çatdırılması nəzərdə tutulur. Ümumiyyətlə, 15 min tamaşaçı tutumuna malik olan Xankəndi stadionu 1956-cı ildə istifadəyə verilib.

Sovet dövründə Ağdamın "Qarabağ" klubu ev oyunlarını bu stadionda keçirib. Stadionda futbolçular üçün soyunub-geyinmə, konfrans, tibb, hakimlər, texniki heyət üçün otaqlar nəzərdə tutulub. Eyni zamanda, layihəyə əsasən, stadionun daxilində bilet satışı, eləcə də müxtəlif ictimai iaşə obyektləri, yerüstü avtodayanacaqlar, nəzarət-buraxılış məntəqələri yaradılacaq.

Tarix
2025.05.07 / 12:16
Müəllif
Axar.az
Digər xəbərlər

Bu gün Bakıda İsrail və Türkiyə rəsmiləri danışıqlar aparacaq

Əliyev Moskvaya getməkdən imtina etdi və sübut etdi ki…

Fransadan Azərbaycana qarşı diplomatik hörmətsizlik

Fitso da Azərbaycan üzərindən Moskvaya uçacaq?

Ermənistanla sərhəddəki pozuntularla bağlı məlumat

Sahibə Qafarova BƏƏ prezidenti ilə görüşdü

İlham Əliyevin adından Lamın şərəfinə ziyafət verildi

Prezidentin To Lamla geniş tərkibdə görüşü oldu

Bakı ilə imzalanan bəyanatın icrası üçün 5 təklif... - Lam

İlham Əliyev və To Lam birgə bəyanatla çıxış etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla