
İlham Əliyevdən qələbə ilə bağlı paylaşım - Foto
00:15
Ana səhifə Toplum |
![]() ![]() ![]() ![]() |
Bakı Ağır Cinayətlər Məhkəməsinin 65 yaşlı hakimi Azad Məcidov təqaüdə göndərilib.
Axar.az E-huquq.az-a istinadən xəbər verir ki, tanınmış hakim bu gün son hökmünü oxuyub.
Belə ki, o, Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda dələduzluq), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma) və 213.1-ci (xeyli miqdarda vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma) maddələri ilə təqsirləndirilən 3 nəfərə - Elnur Əzimov, Miskin Hümbətov və Anar Əliyevə 15 ilədək həbs cəzası təyin edib.
Bu məhkəmə iclasından sonra A.Məcidovun hakimlik fəaliyyəti başa çatıb.
Tarix
2025.05.07 / 23:05
|
Müəllif
Axar.az
|