Yuxarı

İlham Əliyevlə hər görüşümdə mənə bildirib ki... - Tatar

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Kipr Türk Cümhuriyyəti Türkiyə ilə yanaşı, Azərbaycan üçün də çox önəmlidir.

Axar.az xəbər verir ki, bunu Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ərsin Tatar mayın 8-də ARB-24 telekanalının canlı yayımında deyib.

“Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev demişdi ki, Qafqaz, Anadolu və Aralıq dənizinə diqqət edin, bu bölgə bizim üçün çox önəmlidir. Çünki Azərbaycanın neft və qazı borularla Anadoluya, Ceyhana, oradan da İsgəndərun və Qərb dünyasına gedir. Kipr də bu baxımdan önəmli bölgədir. Kipr başqalarının əlinə keçsə, bu ticarət yolları təhlükə altına düşə və başqalarının müdaxiləsinə məruz qala bilər. Mavi Vətən - ətrafdakı dənizlər, xüsusən də Aralıq dənizi, Azərbaycan və Türkiyə üçün çox böyük önəmə malikdir. Kipr Aralıq dənizinə açılan qapıdır”, - dövlət başçısı bildirib.

Ərsin Tatar qeyd edib ki, Azərbaycan, Türkiyə və Şimali Kipr Türk Cümhuriyyəti bir ailədir - bir millət, üç dövlətdir:

“Hamımız bir millətin övladlarıyıq, qardaşıq. Biz özümüzü Azərbaycanla belə görürük, bu qədər yaxınıq. Çox sayda azərbaycanlı bizimlə birlikdə yaşayır, Azərbaycana çox güvənirik, İlham Əliyevi çox sevirik. İlham Əliyevlə hər görüşümdə mənə bildirib ki, Kipr türklərinin arxasındadır. Azərbaycan milli mübarizəmizə böyük dəstək verir, çox təşəkkür edirəm”.

Prezident Şimali Kiprin mövcudluğu üçün mübarizəni davam etdirəcəklərini vurğulayıb:

“Bizim məqsədimiz Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyini və burada türk kimliyini qorumaqdır. Biz o tərəfə (Kiprin yunan tərəfinə - red.) təslim olsaq, bizim türklüyümüz əldən gedər və burada ancaq yunan xalqı qalar. Bu, bizim milli mübarizəmizə dəstək verən Türkiyəyə böyük haqsızlıq olardı, Azərbaycana da, bizi dəstəkləyən digərlərinə də haqsızlıq olardı. Xüsusən də Türkiyəyə...”.

Şimali Kiprin Türk Dövlətləri Təşkilatına mümkün üzvlüyü ilə bağlı suala Prezident Tatar belə cavab verib:

“Digər türk cümhuriyyətlərinin də bizimlə əməkdaşlığı gücləndirəcəyini gözləyirəm. Düzdür, bəzi türk dövlətləri Avropa Birliyinin təzyiqi ilə Cənubi Kiprlə yaxınlaşmağa çalışırlar. Amma bu gün Özbəkistan, Qazaxıstan və Türkmənistandan minlərlə insan Şimali Kiprdə yaşayır. Bizim onlarla bağlarımız var, onların da bizimlə bağları mövcuddur, bunu bilirlər.

Bütün türk dünyasının dəstəyini gözləyirik. Yolumuz bizi bitirmək istəyən Avropa Birliyinə yox, türk dünyasına doğru gedir.

Cənab İlham Əliyev türk dünyasının birliyi və bərabərliyinə çox böyük önəm verir. Türk dünyası birlikdə olmalıdır. İlham Əliyevin bizə verdiyi dəstəyi təqdir edirəm. İnşallah, digər türk dövlətlərindən də bu dəstəyi görəcəyik. Azərbaycan, Türkiyə, Şimali Kipr Türk Cümhuriyyəti, Qazaxıstan, Türkmənistan, Özbəkistan və Qırğızıstan birlikdə böyük gücdür".

Tarix
2025.05.08 / 17:37
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Estoniya konsulluq məsləhətləşmələri keçirdi

Heydər Əliyev siyasəti uğurlarımızın təminatıdır

Prezident onlara müraciət ünvanladı

Hindistan-Azərbaycan aviareyslərində dəyişiklik... - Rəsmi

To Lamın Azərbaycana səfəri başa çatdı - Foto

Əli Əsədov To Lam ilə görüşdü

Ermənistanın Zəngəzur dəhlizinə qarşı yeni planı

Milli Məclisin xüsusi iclası: sənədli film nümayiş etdirildi

Bakı-Moskva aviareysləri təxirə salındı - Rəsmi

Hindlilər Azərbaycan üçün boykot çağırışı etdilər - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla