Yuxarı

Körpü su altında qaldı, kəndlərlə əlaqə çətinləşdi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Körpü su altında qaldı, kəndlərlə əlaqə çətinləşdi

Sabirabad rayonunda panton körpünün quru hissəsi su altında qalıb, kəndlərə gediş-gəliş çətinləşib.

Axar.az Report-a istinadən xəbər verir ki, Kür çayının rayonun ərazisindən keçən hissəsində suyun səviyyəsi xeyli qalxıb. Nəticədə çayın Ulacalı kəndindən keçən hissəsində körpünün quru ilə əlaqəsi kəsilib.

Aramsız yağışlar nəticəsində Ulacalı, Qəzli, Quruzma, Kovlar və Yenikənd kəndlərinin sakinlərinin Bakı-Qazax magistral avtomobil yolundan istifadə etmələri çətinləşib.

Sakinlər bildirib ki, kəndlərə getmək üçün əlavə olaraq 15 km məsafə qət edərək Surra kəndində yerləşən körpüdən istifadə etmək məcburiyyətində qalırlar.

Gediş-gəlişin bərpa olunması üçün əraziyə texnikalar cəlb edililib, lazımi tədbirlər görülür.

Qeyd edək ki, Ulacalı və Quruzma kəndlərini birləşdirən körpü 2000-ci ildə istifadəyə verilib.

Tarix
2025.05.08 / 22:24
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident, xanımı və qızı Bakıda sərgidə...

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla