Yuxarı

Millimiz Ermənistanla qarşılaşdı, hesab...

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Millimiz Ermənistanla qarşılaşdı, hesab...

Azərbaycan idmançıları Rusiyanın paytaxtı Moskvada hüquq-mühafizə və hərbi qurumlar arasında keçirilən XIX beynəlxalq cüdo turnirində uğurla çıxış edirlər.

Axar.az xəbər verir ki, 9 ölkədən 100-dən çox cüdoçunun iştirak etdiyi nüfuzlu yarışda ölkəmiz iki komanda - Sərhəd Qoşunlarının və Fövqəladə Hallar Nazirliyinin cüdoçuları ilə təmsil olunur.

Azərbaycan turnirdə ümumilikdə 13 idmançı ilə mübarizə aparır.

Sərhəd Qoşunları komandasının heyətində çıxış edən idmançılar arasında “Judo Club 2012”nin üç üzvü - Eldar Qasımov (81 kiloqram), Rövşən Bağırov (90 kiloqram) və Zaur Bağırov (+100 kiloqram) da yer alıb.

Millimizin üzvü, “Judo Club 2012”nin təmsilçisi Eldar Qasımovun verdiyi məlumata görə, komandamız turnirə 1/8 final mərhələsindən start verib və ilk qarşılaşmada Qazaxıstan təmsilçilərinə 4:1 hesabı ilə qalib gəlib.

Növbəti mərhələdə cüdoçularımız Ermənistan yığması ilə üz-üzə gəlib. Azərbaycan cüdoçuları tatamidə əsl döyüş ruhu nümayiş etdirərək erməni rəqiblərinə heç bir şans verməyiblər. Bu dəfə də eyni hesabla (4:1) qələbə qazanan cüdoçularımız adını yarımfinala yazdırıblar. Qeyd edək ki, ötən il keçirilən analoji turnirdə də Azərbaycan komandası erməni rəqibləri üzərində qələbə qazanmışdı.

Komandamız yarımfinalda Özbəkistan cüdoçularına məğlub olub, idmançılarımız üçüncü yer uğrunda yarışacaq.

Qeyd edək ki, Sərhəd Qoşunları komandasının heyətində Sadıq Məhərrəmov (66 kiloqram), Nadir Babayev (73 kiloqram), Eldar Qasımov, Mehman Sadıqov (hər ikisi 81 kiloqram), Afiq Səfərli, Rövşən Bağırov (hər ikisi 90 kiloqram) və Zaur Bağırov (+100 kiloqram) çıxış edirlər.

Turnir “Polis, Ordu və Digər Güc Strukturları arasında beynəlxalq cüdo turniri” adı ilə tanınır. Hər il Moskvada keçirilən yarış hüquq-mühafizə orqanları arasında idman əlaqələrinin möhkəmləndirilməsini, eləcə də cüdonun bu strukturlarda inkişafı məqsədini daşıyır.

Qeyd edək ki, baş məşqçi Mübariz Cəfərovun rəhbərliyi altında yarışda iştirak edən komandamızın nümayəndəsi Moskvada ölkəmizi təmsil edən Əli Əlibəylidir.

Tarix
2025.05.24 / 19:59
Müəllif
Axar.az
Digər xəbərlər

Fuad Qəhrəmanlı DTX-yə çağırıldı, məlum oldu ki...

Azərbaycanda bu 8 dövlət qurumu ləğv edildi

Solovyovun it kimi hürməsi... - Rubinyan

Bu ölkə səfirləri İran XİN-ə çağırıldı

Xameneiyə xatırlatma: Şah da etirazları qanla yatırmışdı

Bakı İsraildəki bu layihəyə 270 milyon yatıra bilər

Ququşdan iranlılara Pəhləvi ilə bağlı çağırış

Azərbaycanlılar aksiyalara buna görə qoşulmur

Pəhləvini iki şəxs arzulayır: Xamenei və Netanyahu

ABŞ-dan Azərbaycanla bağlı şok mesaj - Hazır olun!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla