Yuxarı

Ukrayna-Azərbaycan oyunu hansı ölkədə keçiriləcək?

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futbol üzrə Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsində Ukrayna yığması ilə keçirəcəyi səfər oyununun yeri müəyyənləşib.

Axar.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, D qrupunun IV turu çərçivəsində keçiriləcək oyun oktyabrın 13-də Polşanın Vrotslav şəhərində baş tutacaq.

“Tarçinski Arena”ya təyin olunan görüş Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.

Qeyd edək ki, Azərbaycan və Ukrayna arasında ilk matç sentyabrın 9-da Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.

Onu da əlavə edək ki, Rusiyanın işğalçı siyasətinə görə Ukrayna yığması 2022-ci ilin fevralından bəri öz meydançasında oynaya bilmir.

Xatırladaq ki, bu stadion mayın 28-də UEFA Konfrans Liqasının finalında "Çelsi" - "Real Betis" qarşılaşmasına (4:1) ev sahibliyi edib.

Tarix
2025.06.19 / 15:47
Müəllif
Axar.az
Digər xəbərlər

600 vətəndaşımız İrandan keçid üçün müraciət etdi

Tehran dəyərləndirdi: Netanyahu uğur qazandı, amma…

"Azərbaycan məhəlləsi"nin açılış mərasimi keçirildi - Foto

İsrail rejimi dəyişmək istəyir: Bəs, İrandan nə “düzəldəcəklər”?

Paşinyanın Rusiyaya bu sözü Solovyovu dəli elədi…

Qarabağ bərpa və inkişaf meydançasıdır - Ərdoğan

Ərdoğan Əliyevə və xanımına təşəkkür etdi

Ərdoğan “Qarabağa məktub” şeirini səsləndirdi

Türkiyə ilə münasibətlərimizi zirvəyə qaldıran hadisə...

Qarabağ məsələsində də onunla çiyin-çiyinə idik... - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla