
BMT TŞ təcili iclas keçirəcək
02:00
Ana səhifə Planet |
![]() ![]() ![]() ![]() |
İsrailin əməliyyatlarının əsas hədəfi İran rejiminin devrilməsi deyil, lakin bununla nəticələnə bilər.
Axar.az xəbər verir ki, bu barədə İsrail Baş naziri Benyamin Netanyahu “Kan” kanalına müsahibəsində deyib.
“Əsas hədəf – İranın nüvə təhlükəsini aradan qaldırmaq, ikincisi, ballistik raket təhlükəsini aradan qaldırmaq... Eyni zamanda bəllidir ki, İran rejimi güclü olmayacaq. Bu, (İran rejiminin devrilməsi – red.) hədəf deyil, lakin nəticə ola bilər. Həmin məsələ İran xalqının işidir”, - deyə Netanyahu bildirib.
Tarix
2025.06.19 / 22:22
|
Müəllif
Axar.az
|