Yuxarı

Daşqın təhlükəsi: 70 min insan təxliyə edildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Daşqın təhlükəsi: 70 min insan təxliyə edildi

Çinin cənubundakı Quandon əyalətində bir neçə gündür davam edən şiddətli yağışların yaratdığı fəsadlar 300 min sakinin həyatına mənfi təsir edib.

Axar.az xəbər verir ki, Caoçin şəhərinin tabeliyindəki Huayci rayonunda sel və daşqın təhlükəsi ilə əlaqədar təxminən 70 min sakin təxliyə edilib. Utip qasırğasının gətirdiyi aramsız yağışlar iyunun 14-dən bölgədə həyati iflic edib. Suycian çayındakı hidroloji stansiyada suyun səviyyəsi təhlükəli həddi 5,22 metr keçərək 55 metrə çatıb. Nəticədə 19 qəsəbədə əkin sahələri və yollar su altında qalıb. Təbii fəlakətin yaratdığı fəsadların aradan qaldırılmasına və qabaqlayıcı tədbirlərə təxminən 10 min adam cəlb olunub.

Huayci rayonunda sel təhlükəsi ilə bağlı 1-ci dərəcədə xəbərdarlıq elan edilib. Tədris, iş, istehsal, nəqliyyatın hərəkəti dayandırılıb. Quandon ilə yanaşı Anhuy, Hubey, Hunan və Quycou əyalətlərində və Çonçin şəhərində də sel təhlükəsi ilə əlaqədar xəbərdarlıq elan edilib.

Tarix
2025.06.20 / 00:47
Müəllif
Axar.az
Digər xəbərlər

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla