Yuxarı

Əliyev Qəhrəmanmaraşda böyük sevgi ilə qarşılandı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 19-da Türkiyənin Qəhrəmanmaraş şəhərində "Azərbaycan məhəlləsi"nin açılış mərasimində iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev insanların böyük sevgisi ilə qarşılaşıb.

Axar.az xəbər verir ki, bu barədə "Haber Global" telekanalının reportajında bildirilir.

Süjetdə deyilir ki, açılış mərasimində iştirak edənlər Prezident İlham Əliyevə və Azərbaycan dövlətinə minnətdarlıqlarını ifadə ediblər.

Ailələrə yeni mənzillərin açarları təqdim olunması zamanı emosional anlar yaşanıb. Təqdimat mərasimində bir uşağın əvvəlcə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı, sonra isə Azərbaycan Prezindenti İlham Əliyevi qucaqlaması insanların üzlərində təbəssüm yaradıb.

Qeyd edək ki, 2023-cü ilin fevralında Türkiyənin cənub-şərqində baş verən dəhşətli zəlzələdən dərhal sonra qardaş ölkəyə kömək üçün Prezident İlham Əliyevin tapşırığı ilə bütün imkanlar səfərbər edilib. Axtarış-xilasetmə işlərində iştirak etməklə yanaşı, ölkəmizin həm dövlət qurumlarının, həm də qeyri-hökumət təşkilatlarının səyləri digər istiqamətlərə yönəldilib. Dövlət başçısının digər bir mühüm tapşırığına əsasən, Azərbaycanın qardaş ölkəyə uzunmüddətli dəstəyi üçün Qəhrəmanmaraşda “Azərbaycan” məhəlləsinin inşasına start verilib.

Ərazisi 27,6 hektar olan məhəllədə 1194 mənzildən ibarət 68 yaşayış binası, Heydər Əliyev adına ibtidai məktəb, uşaq bağçası, mədəniyyət mərkəzi və digər sosial obyektlər inşa olunub. Həmçinin burada məskunlaşacaq ailələr üçün 1595 ticarət obyekti də yaradılacaq.

2024-cü il sentyabrın 11-də Heydər Əliyev adına ibtidai məktəbin və uşaq bağçasının açılışları olub.

“Azərbaycan” məhəlləsinin Baş planı üzrə 7, 8, 11 və 12-ci kvartalların tikintisi artıq tamamlanıb. 4 kvartalda 26 yaşayış binası yerləşir. Binalar hamısı 4 mərtəbəlidir. Bu binalarda ümumilikdə 456 mənzil, 328 qeyri-yaşayış obyekti inşa edilib.

Tarix
2025.06.19 / 22:57
Müəllif
Axar.az
Digər xəbərlər

Şahin Mustafayev Təbrizə getdi - Foto

Rusiyadan tələb: Ağalarovların əmlakına həbs qoyulsun!

Azərbaycan İsrailə görə bundan imtina edib? – Rəsmi

İlham Əliyev Kralı təbrik etdi

Azərbaycan vətəndaşı Gürcüstanda həbs edildi

Əhmədzadənin arxasında kimlər var? - Deputat

Simonyan Bakıda bu 10 nəfəri xahiş etdi, əvəzində...

Erməni əsgərin Qarabağda nə işi var idi? - Paşinyan

Bayramov Mirzoyanla görüşdü

Muradov Ermənistana səfərindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla