Yuxarı

BMT TŞ təcili iclas keçirəcək

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
BMT TŞ təcili iclas keçirəcək

İyunun 20-də BMT Təhlükəsizlik Şurası Rusiyanın Ukraynanı kütləvi şəkildə atəşə tutması ilə əlaqədar təcili iclas keçirəcək.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna xarici işlər nazirinin müavini Andrey Sibiqa sosial şəbəkədə məlumat verib.

Onun sözlərinə görə, rəsmi Kiyev gözləyir ki, BMT Təhlükəsizlik Şurasına üzv dövlətlər Rusiyanın çoxsaylı mülki əhalinin tələfatına səbəb olan zərbələri ilə bağlı prinsipial mövqe ortaya qoyacaq və Rusiyaya təzyiqlərin artırılmasının zəruriliyi barədə konkret qərar qəbul edəcək.

Ukrayna həmçinin beynəlxalq ictimaiyyəti daha fəal dəstək verməyə, xüsusən də əlavə hava hücumundan müdafiə vasitələri təqdim etməyə çağırır.

Sibiqa xatırladıb ki, Kiyevin Amerikanın tam atəşkəs təşəbbüsü ilə razılaşmasından 100 gün keçib. Moskva sülh təkliflərini rədd edir və mülki infrastrukturlara hücumu davam etdirir.

Tarix
2025.06.20 / 02:00
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin Türkmənistana səfəri ilə bağlı videoçarx paylaşıldı

İlham Əliyev Türkmənistanda bu festivalda iştirak etdi - Foto

Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto

Dövlət başçıları Türkmənistanda konsert izlədi - Video

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Onlar Azərbaycanla Ermənistan arasında müharibəyə çalışır!

Jirinovskinin daha bir öngörüsü düz çıxdı: taun - Video

Azərbaycan və Ermənistan rəsmiləri Gorusda görüşdü

Tokayevdən Azərbaycan açıqlaması: 20 milyard dollar...

ABŞ İrəvandakı bu mərkəzi Rusiyaya qarşı istifadə edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla