Yuxarı

"Sabah" Avropa Liqası ilə vidalaşdı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Sabah" Avropa Liqası ilə vidalaşdı

2025.07.17 - 22:28

Sloveniyada "Selye" və "Sabah" komandaları arasında UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşü keçirilir.

Axar.az xəbər verir ki, görüşün 9-cu dəqiqəsində Mikels "Sabah"ı hesabda önə çıxarıb. 19-cu dəqiqədə isə "Sabah"ın futbolçusu Rəhman Daşdəmirov rəqibin zərbəsinin qarşısını əllə kəsdiyi üçün "Selye"nin lehinə penalti təyin olunub.

Franko Kovaçeviç 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib - 1:1.

***

Görüşün 49-cu dəqiqəsində meydan sahibləri Vukliseviçin qolu ilə hesabda önə keçdi: 2-1.

***

Mikels 63-cü dəqiqədə hesabı bərabərləşdirdi: 2-2.

***

Mikels 66-cı dəqiqədə özünün və komandasının üçüncü qolunu vurdu: 2-3.

***

"Selye" - "Sabah" görüşü 3-2 hesabı ilə təmsilçimizin xeyrinə başa çatdı. Qalibi müəyyən etmək üçün əlavə 30 dəqiqə oynanılacaq.

***

"Selye" İosifovun qolu ilə 108-ci dəqiqədə hesabı 3-3 etdi.

***

Qarşılaşma 3-3 hesabı ilə başa çatdı. İki görüşün nəticəsinə əsasən, 6-5 üstün olan "Selye" Avropa Liqasında ikinci mərhələyə yüksəldi. "Sabah" isə mübarizəni Konfrans Liqasında davam etdirəcək.

Tarix
2025.07.18 / 00:38
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla