Yuxarı

Paşayev: "Taekvandoçularımız uğur qazanacaqlar"

Ana səhifə İntervyu
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda Azərbaycan taekvando üzrə iki mötəbər beynəlxalq yarışa ev sahibliyi edir. Bakıda iki gün ərzində Qran-pri yarışı, sonra isə komandalar arasında dünya çempionatı keçiriləcək. Bütün təşkilati işlər Beynəlxalq Taekvando Federasiyasının qaydaları əsasında yüksək səviyyədə qurulub.

Bu sözləri Azərbaycan Taekvando Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev AzərTac-a məxsusi müsahibəsində deyib.

N.Paşayev qeyd edib ki, ölkəmizə gələn idmançılar və nümayəndə heyətləri yüksək səviyyədə qarşılanaraq otellərə yerləşdirilib. Qonaqların qida və nəqliyyat məsələlərində heç bir problem yoxdur. Sərhədçi Olimpiya İdman Mərkəzində isə yarışların təşkili üçün bütün lazımi şərait yaradılıb. Əminəm ki, yarışlar sona qədər uğurla davam edəcək.

Zədə səbəbindən yarışa qatıla bilməyən qadın taekvandoçular haqqında danışan vitse-prezident deyib: “Ev sahibi ölkə kimi yarışda dörd kişi və dörd qadın idmançı ilə təmsil olunmaq hüququmuz var. Kişilərin yarışına dörd idmançı ilə qatılsaq da, təəssüf ki, qadınlardan ibarət yığmamızda gözləmədiyimiz hal baş verdi. Belə ki, Qran-pri turnirində mübarizə aparmalı olan 3 qadın idmançımızdan ikisi - Fəridə Əzizova və Patimat Abakarova zədə üzündən yarışda iştirak edə bilmədi. Fəridə belindən, Patimat isə dizindən aldığı zədəyə görə yarışı buraxmalı oldu. Həkimlərin rəyinə görə, Fəridə artıq yüngül məşqlərə başlayıb. Patimat isə bir ay üç həftəlik müalicədən sonra bərpa prosesi keçəcək. Yığmamızın digər üzvü Yapraq Erişin beynəlxalq arenada böyük uğurları olmasa da, o, perspektivli idmançıdır”.

Vitse-prezident dünya çempionatında millimizin 6 idmançı ilə təmsil olunacağını bildirərək deyib: “Komandalararası dünya çempionatında hər bir ölkənin iki legioner idmançı ilə təmsil olunmaq hüququ var. Yığmamızın heyətində 67 kiloqram çəki dərəcəsində kanadalı Melissa Paqnotta, 73 kiloqram çəki dərəcəsində isə hollandiyalı Reşmiye Oqink mübarizə aparacaqlar. Gənc olmalarına baxmayaraq, həmin yarışda da idmançılarımızdan yüksək nailiyyət gözləyirik”.

Yanvarda Azərbaycan çempionatının keçiriləcəyini qeyd edən federasiya rəsmisi idmançılarımızın IV İslam Həmrəylik Oyunlarına hazırlıq prosesindən danışaraq bildirib: “Ölkə çempionatından sonra Bakı-2017 İslam Həmrəylik Oyunlarına hazırlaşacağıq. Yerli komanda olduğumuz üçün millimiz 8 kişi, 8 qadın idmançı ilə mübarizə aparacaq. Yanvardan sonra tam heyətlə təlim-məşq toplanışlarına qatılacağıq. Heyətdəki idmançılarımız bir neçə beynəlxalq turnirdə qüvvələrini sınayacaqlar. Ümid edirik ki, Bakı-2015 ilk Avropa Oyunlarında olduğu kimi, IV İslam Həmrəylik Oyunlarında da taekvandoçularımız yüksək nailiyyətlər qazanacaqlar”.

Tarix
2016.12.09 / 23:37
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevlə Paşinyanın görüşü başladı - Video

Türkiyədə daha bir bələdiyyə sədri saxlanıldı

Əbu-Dabidə tarixi görüş: Sülh üçün əsas düyün nöqtəsi...

Elşən İbrahimov Rusiyanı belə tərk elədi - Video

Rusiya Azərbaycandan bu məhsulların idxalına qadağa qoydu

İlham Əliyev BƏƏ prezidentinə hədiyyə təqdim etdi - Foto

Elşən İbrahimov Rusiyadan deportasiya olunur

Baş nazir mühüm qərar imzaladı

DSX mayoruna hücum: Ramal Aslanov ifadə verdi

Azərbaycanla BƏƏ hərtərəfli tərəfdaşlıq sazişi imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla