Yuxarı

Bayram süfrəsi neçəyə başa gəlir? - Video

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bayram süfrəsi neçəyə başa gəlir? - Video

Ramazan bayramına artıq sayılı günlər qalıb. Bu bayramda xəstələrin, qocaların, kimsəsizlərin ziyarəti vacibdir. Vacib olan həm də evlərdə bayram süfrəsinin açılmasıdır. Təbii ki, hərə öz imkanı, cibinə görə.

Cib demiş, bayram hazırlıqlarına cibimizin imkan verib-verməyəcəyini araşdırmaq üçün paytaxt bazarlarına üz tutduq. Başladıq iftar süfrəsinin "olmazsa olmaz"ı xurmadan. Paytaxt bazarlarında İran, Tunis, Mədinə, İsrail və digər yerlərdən gətirilmiş xurmalar almaq olar. Ölkələr kimi qiymətlər də fərqlidir - 3 manatdan 15 manata kimi.

Satıcılar deyir ki, tələbat əsasən İrandan gətirilən xurmalaradır.

Bayram süfrəsinin digər bir təamı olan plov üçün düyünün qiymətində ötən illə müqayiəsədə 1-2 manat artım var idi. Hindistandan gətirilən, bir kiloqramı 2,5 manat olan düyülərə təlabat daha çoxdur. Yerli düyülərsə ötən illə müqayisədə bir qədər bahadır.

Qaysı, kişmiş, quru meyvələrin qiymətində də artım gözə çarpırdı. Bu da onunla əsaslandırılırdı ki, bu məhsullar əsasən xaricdən ölkəyə gətirilir, yəni yerli istehsal deyil. Bir sözlə, alıcılar Ramazan süfrəsi üçün nəzərdə tutulan təamlardan xurmanın bir kilosunu 3-15 manata, düyünün bir kilosunu 2 manat 50 qəpik - 8 manata, qaysını 8-12 manata, kişmişi 5-9 manata, mal ətini 7 manata, qoyun ətini 10 manata, çərəzlərdən qoz fındığı 5-11 manata ala bilərlər.

Bunların üzərinə meyvə-tərəvəz, yağı da gəlsək, o zaman görərik ki, 4 nəfərlik ailə üçün bayram süfrəsi orta hesabla 100-120 manata başa gəlir.

Tarix
2016.07.03 / 20:26
Müəllif
Axar.az
Digər xəbərlər

Pakistanda azərbaycanlı qadına təcavüz edildi

Azərbaycanın neft-qaz sektorunda formalaşdırdığı müqavilə...

Türkiyədən Azərbaycana haqlı irad: Qardaş dar gündə...

Abbas Abbasovun nəşi Azərbaycana gətirilir

Ələkbərov bir ildə ən çox qazanan iş adamı oldu

Ərdoğan İlham Əliyevə zəng etdi

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla