Yuxarı

Bunun əsasını Əliyevlə Lukaşenko qoyub - Eyyubov

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bunun əsasını Əliyevlə Lukaşenko qoyub - Eyyubov

Azərbaycan və Belarus arasında siyasi dialoq yüksək səviyyəyə çatıb.

Trend-in məlumatına görə, bunu çərşənbə axşamı Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubov Bakıda keçirilən Belarusun müstəqillik Gününə həsr olunmuş təntənəli qəbul zamanı bildirib.

Baş nazirin müavini Azərbaycan hökuməti adından Müstəqillik Günü münasibətilə qardaş respublikanı və qardaş xalqı səmimi qəlbdən təbrik edib.

"Belarus və Azərbaycan arasında siyasi dialoqun yüksək səviyyəsindən məmnunluq ifadə etmək istəyirəm. Ölkələrimiz arasında münasibətlər şəffaf, hörmət, obyektivlik, etibarlılıq və qardaşlıq üzərində qurulur. Mən xüsusilə qeyd etmək istəyirəm ki, bunun əsasını bu iki ölkənin prezidentləri İlham Əliyev və Aleksandr Lukaşenkonun münasibətləri qoyub", - Eyyubov bildirib.

O bildirib ki, Belarus həmişə Azərbaycanı dəstəkləyib və Azərbaycanın ərazi bütövlüyü ilə bağlı öz ədalətli qiymətini həmişə bildirib.

"Biz bunu yüksək qiymətləndiririk və heç vaxt unutmayacağıq. Biz həmişə çətin anlarda bir-birinə əl uzaqdırıq və dəstək veririk. O aprel hadisələri zamanı çətin anlarda Belarus və onun prezidenti Dağlıq Qarabağ ətrafında cəbhə xəttində toqquşmalar zamanı öz narahatlığını və Azərbaycana dəstəyini göstərib", - Eyyubov bildirib.

Baş nazirin müavini ticarət-iqtisadi münasibətlər sahəsində iki ölkənin yaxşı göstəricilərini qeyd edib.

"Əmtəə dövriyyəsi 2014-cu illə müqayisədə 2015-ci il ərzində 30 faizdən çox artıb. Azərbaycan və Belarus arasında ticarət-iqtisadi münasibətlərdə 250-dən çox müəssisə və şirkət iştirak edir. Əmtəə mübadiləsi 300-dən çox adda məhsul üzrə keçirilir. Biz iqtisadi münasibətləri inkişaf etdirməyə və yaxşılaşdırmağa davam etdirəcəyik", - Eyyubov bildirib.

Tarix
2016.07.06 / 00:33
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyədən Azərbaycana haqlı irad: Qardaş dar gündə...

Abbas Abbasovun nəşi Azərbaycana gətirilir

Ələkbərov bir ildə ən çox qazanan iş adamı oldu

Ərdoğan İlham Əliyevə zəng etdi

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla