Yuxarı

Azərbaycan yüksək templə inkişaf etdi - Maurer

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan yüksək templə inkişaf etdi - Maurer

İyulun 15-də Azərbaycanın maliyyə naziri Samir Şərifov İsveçrənin maliyyə naziri Ulrix Maurerin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycan və İsveçrə arasında olan ikitərəfli münasibətlər müzakirə edilib, həmçinin beynəlxalq maliyyə qurumlarında, o cümlədən Beynəlxalq Valyuta Fondu və Dünya Bankında İsveçrənin rəhbərlik etdiyi seçki qruplarında iki ölkə arasındakı uğurlu əməkdaşlıq yüksək qiymətləndirilib.

Maliyyə naziri S.Şərifov isveçrəli həmkarına Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə qeyri-neft sahəsində həyata keçirilən islahatlar haqqında məlumat verərək, gələcəkdə ölkənin ixrac potensialının əsasən kənd təsərrüfatı məhsullarının istehsalı, nəqliyyat, turizm və yaradılan sənaye parklarının təşkil olunacağını bildirib.

U.Maurer, öz növbəsində, Azərbaycanın qısa müddət ərzində yüksək templə inkişaf etdiyini vurğulayaraq, bununla da Avropa ölkələri arasında Azərbaycanın böyük rəğbət qazandığını bildirib. O, gələcəkdə İsveçrə-Azərbaycan münasibətlərinin möhkəmlənərək, əməkdaşlıq əlaqələrinin daha da artırılmasında maraqlı olduqlarını qeyd edib.

Tarix
2016.07.15 / 22:24
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan İlham Əliyevə zəng etdi

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla