Yuxarı

Bu banklar da bağlanacaq – Ekspert

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu banklar da bağlanacaq – Ekspert

Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının bir sıra banklarının lisenziyalarının ləğv edilməsi ilə bağlı qərarı gözlənilən idi.

Axar.az xəbər verir ki, bu haqda iqtisadçı alim Vüqar Bayramov açıqlama verib. Ekspert sözügedən bankların bağlanan sonuncu banklar olmayacağını qeyd edib:

"Neft bumu dövründə yüksək faizlərlə böyük gəlirlər qazanan "ərköyün banklar" post-neft dövrünə hazır ola bilmədilər. Təəssüf ki, öz funksiyalarını tam yerinə yetirməyən, amma lisenziyası geri alınmayan bankların sayı heç də az deyil. Hazırda əmanətçilərin halal pullarını qaytara bilməyən banklar var, ancaq hələ ki, onların lisenziyası ləğv edilməyib. Nəticədə, sığorta hadisəsi baş vermədiyindən əmanətçilər öz depozitlərini geri götürə bilmirlər. Əslində, belə bankların da lisenziyasının geri alınmasına ehtiyac var".

İqtisadçının sözlərinə görə, bağlanan dörd bankın hamısı Əmanətlərin Sığortlanması Fondunun üzvü olduğundan, onların müflis elan edilməsi artıq sığorta hadisəsinin baş verməsi deməkdir:

"Gözlənilir ki, Palata bu banklara müvəqqəti inzibatçı təyin ediləcək, əmanətçilər bundan sonra öz pullarını geri ala biləcəklər. ƏSF tərəfindən sığortalanan hər bir depozitin son qəpiyinədək əmanətçiyə qaytarılması olduqca vacibdir. Mövcud qanunvericilikdə məbləğindən asılı olmayaraq, bütün depozitlər sığortalanır. Sadəcə, maksiumum divident faizi dollar əmanətləri üzrə 3, manat əmanətlərində isə 12 faizdən çox olmamalıdır".

Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurası Dekabank ASC, Kredobank ASC, Parabank ASC və Zaminbank ASC-nin bank lisenziyalarının ləğv edilməsi ilə bağlı qərar qəbul edib. Palatanın Direktorlar Şurasının sədri Rüfət Aslanlı bu bankların bağlanması ilə bağlı qərarın yalnız Palataya aid olmadığını, Maliyyə Nazirliyi və Mərkəzi Bankın da qərarın qəbulunda iştirak etdiyini bugünkü mətbuat konfransında açıqlayıb.

Tarix
2016.07.22 / 11:05
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla