Yuxarı

Banklarla bağlı Palatadan açıqlama – Rəsmi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Banklarla bağlı Palatadan açıqlama – Rəsmi

Bildiyiniz kimi, Maliyyə Bazarlarına Nəzarət Palatasının qərarına əsasən, Dekabank ASC, Kredobank ASC, Parabank ASC və Zaminbank ASC-nin bank lisenziyaları ləğv edilib.

Palatadan Axar.az-a verilən şərhdə qeyd edilir ki, buna səbəb bankların aktivlərini qanunvericiliklə tələb olunan qaydada təsnifləşdirməmələri, mümkün zərərlər üzrə adekvat ehtiyatlar yaratmamaları, məcmu kapitalın minimum məbləği tələbinə əməl etməmələri, təhrif edilmiş hesabatları təqdim etmələri, bütövlükdə cari fəaliyyətlərini etibarlı və prudensial qaydada idarə etməmələri, eləcə də nəzarət orqanının verdiyi yazılı göstərişləri yerinə yetirməmələridir.

Qərar problemli və adekvat kapitallaşmamış bankların sistemdən kənarlaşdırılması vasitəsilə bank sektorunda risklərin azaldılması, maliyyə dayanıqlığının gücləndirilməsi, etimadın artırılması və bütövlükdə maliyyə sektorunun inkişafına istiqamətlənib.

Bugünkü mətbuat konfransında Palatanın Direktorlar Şurasının sədri Rüfət Aslanlının da qeyd etdiyi kimi, bu banklar xaric, digər bütün banklarda vəziyyət stabildir və bizim nəzarətimiz altındadır. Beynəlqxalq Bank və Standard Bankın sağlamlaşdırılması prosesi gedir. Əhalinin digər banklardakı duruma dair narahatlığına əsas yoxdur. Əmanətləri sığortalanmış vətəndaşlarımıza bildirmək istəyirik ki, dövlət bu əmanətlərin arxasında dayanıb.

Tarix
2016.07.22 / 15:16
Müəllif
Axar.az
Digər xəbərlər

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla