Yuxarı

Çin şirkəti tenderə qatıldı - Azərbaycanda

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çin şirkəti tenderə qatıldı - Azərbaycanda

İyulun 22-də kənd təsərrüfatı naziri Heydər Əsədovun Çin Xalq Respublikasının baramaçılıqla məşğul olan qabaqcıl şirkəti "Şandonq Quanqtonq Silkvorm"un rəhbərliyi ilə görüşündə Azərbaycanda müasir texnologiyalar əsasında tut tingləri, eləcə də tut ipəkqurdu toxumlarının istehsalının təşkili üzrə birgə əməkdaşlıq imkanları müzakirə olunub.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Axar.az-a bildirilib ki, şirkətin rəhbəri Fanq Deuen istehsal fəaliyyətləri barədə geniş təqdimatla çıxış edib. O, "Şandonq Quanqtonq Silkvorm" şirkətinin baramaçılıq rayonlarında ipəkqurdunun yem bazasının bərpası və kümçülərin yüksək keyfiyyətli tut (çəkil) tingləri ilə təchiz edilməsinin yaxşılaşdırılması məqsədilə iyulun 15-də elan olunmuş açıq tenderə qatıldığını deyib.

Nazir Heydər Əsədov yeni iqtisadi mərhələdə kənd təsərrüfatı məhsullarının istehsalının artırılması, xüsusilə ixracyönümlü sahələrin, o cümlədən Azərbaycanda kənd təsərrüfatının böyük potensiala malik, ənənəvi və əməktutumlu sahələrindən olan ipəkçiliyin inkişaf etdirilməsi ilə bağlı qarşıya qoyulmuş vəzifələr barədə qonaqları məlumatlandırıb.

H.Əsədov Prezident İlham Əliyevin Azərbaycanda ipəkçiliyin inkişafının yenidən vüsət alması ilə bağlı xüsusi tapşırıqları arasında ipəkçiliyin müasir infrastrukturunun yaradılması, o cümlədən də tut sahələrinin genişləndirilməsinin vacibliyini qeyd edib. Nazir çinli qonaqlara bu istiqamətdə indiyədək görülmüş işlər barədə məlumat verib.

Tarix
2016.07.22 / 20:39
Müəllif
Axar.az
Digər xəbərlər

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla