Yuxarı

Malayziya ilə nəhəng layihələr müzakirədə

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Malayziya ilə nəhəng layihələr müzakirədə

Energetika Nazirliyində Malayziyanın ölkəmizdəki səfiri Dato Roslan Tan Sri Abdul Rahmanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirilən görüşdə ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən enerji sektorunda əməkdaşlıqla bağlı müzakirələr aparılıb.

Nazirlikdən Axar.az-a bildiriblər ki, görüşdə Malayziyanın "Petronas" milli neft şirkətinin Azərbaycan üzrə yeni təyin olunmuş rəhbəri Hanafi Talib təqdim edilib.

"Petronas" şirkətinin mühüm layihələrdə fəal iştirakını yüksək qiymətləndirən energetika naziri Natiq Əliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə "Petronas" arasında sıx əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsinin hər iki ölkə üçün əhəmiyyətini qeyd edib. O, dünya bazarında neftin qiymətinin bir neçə dəfə düşməsinə baxmayaraq, ölkədə neft-qaz layihələrinin uğurla icra edildiyini, bütün beynəlxalq öhdəliklərin yerinə yetirildiyini və əlverişli investisiya mühitinin olduğunu diqqətə çatdırıb.

"Petronas" şirkətinin Xəzər dənizinin Azərbaycan sektorundakı fəaliyyətinə toxunan nazir əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu deyib. O, Malayziyanı uğurlu tərəfdaşlıq əlaqələrinə görə Azərbaycanın ən yaxşı dostlarından biri kimi səciyyələndirərək "Petronas"ın yeni rəhbərinə gələcək fəaliyyətində lazımi köməyin göstəriləcəyini bildirib.

Səfir Dato Roslan Tan Sri Abdul Rahman isə SOCAR və "Petronas" şirkətləri arasında imzalanmış Anlaşma Memorandumunun enerji əməkdaşlığında yeni səhifə açdığını xatırladaraq "Şahdəniz-2" layihəsində birgə fəaliyyəti uğurlu işbirliyi kimi qiymətləndirib. Diplomat regionda Azərbaycanın iştirakı ilə enerji əməkdaşlığı formatının genişləndiyini əsas gətirərək, "Petronas"ın cəlb edilə biləcəyi istiqamətlərlə də maraqlanıb. Görüşdə, həmçinin Türkmənistan qazının Avropa bazarlarına çıxarılması və Transxəzər kəmərinin reallaşması imkanları da müzakirə edilib.

Tarix
2016.07.27 / 18:28
Müəllif
Axar.az
Digər xəbərlər

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla